Küçələrə su səpmişəm

Küçələrə su səpmişəmAzərbaycan xalq mahnısı. Mahnı məşhur müğənni Rəşid Behbudov tərəfindən ifa olunduqdan sonra məşhurlaşmışdı.

"Küçələrə su səpmişəm"
Ən məşhur ifa Rəşid Behbudov tərəfindən ifa olunmuş mahnı
Dil Azərbaycan dili
Müddət 2:57
Sözlərin müəllifi Xalq mahnısı
Rəşid Behbudov tərəfindən ifa

Mahnının sözləri

[redaktə | mənbəni redaktə et]

Küçələrə su səpmişəm

I

Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.

II

Simavara od salmışam,
İstəkana qənd salmışam.
Yarım gedib, tək qalmışam,
Nə əzizdir yarın canı,
Nə şirindir yarın canı.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Manaf Süleymanov "Küçələrə su səpmişəm" xalq mahnısının sovet dövründə "redaktə" olunduğunu yazır. Yazıçı bildirir ki, o vahiməli günlərdə Bakını xilas etməyə gələn türk əsgərlərinin qarşılayan insanlar bu mahnını sevgi ifadəsi olaraq qoşublar. Yol gözləyən insanlar bu mahnını belə oxuyurdular:

Küçələrə su səpmişəm,
Türk gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

http://www.azadliq.info/component/content/article/357-kiv/30853-kueclr-su-spmim-tuerk-glnd-toz-olmasn.html Arxivləşdirilib 2014-04-09 at the Wayback Machine