Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 36 saniyə əvvəl InternetArchiveBot (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Kükü kənd tam orta məktəbi — Şahbuz rayonunun Kükü kəndində yerləşən təhsil müəssisəsi.
Kükü kənd tam orta məktəbi | |
---|---|
Əsası qoyulub | təxmini 20-ci əsrin əvvəlləri |
Direktor | Mais Məmmədov |
Ölkə | Azərbaycan |
Ünvan | Şahbuz rayon Kükü kəndi |
Tədqiqatçı İbrahim Mollayevin məlumatlarına görə sovet hakimiyyətinin ilk illərində (1920–1921-ci illərdə) Naxçıvanda təşkil edilmiş ilk 22 sovet məktəbindən biri də Kükü kənd məktəbidir.[1]
Məktəbin yaranma tarixi haqqında dəqiq məlumatlar olmasa da, 1921-ci il 10 dekabr tarixli arxiv sənədində məktəbin adının qeyd edilməsi, onun bu tarixdən daha əvvəl fəaliyyət göstərdiyini sübut edir.[2][3]
8 iyun 2024-cü ildə məktəbin 100 illik yubileyi keçirilib.[4][5]
Məktəbin fəaliyyəti, onun yetirmələri və dolayısı ilə Kükü kəndi və ətraf yaşayış məntəqələrinin iqtisadi-mədəni inkişaf səviyyəsinə təsiri haqqında "Şərq qapısı" qəzetinin arxivində kifayət qədər materiallar vardır.
2022–2023-cü tədris ilində məktəbi bitirən 4 nəfər 100 faiz nəticə göstərərək ali məktəblərə qəbul olub. Şagirdlərdən 2-si 500–700 intervalında bal toplayıb.[5][6]