Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kükürdləşmə prosesi — bu proses mahiyyətcə əsasən üzvi sulfidlərin alınması ilə nəticələndiyindən onu sulfidləşmə də adlandırmaq olar.
Kükürdləşdirici (sulfidləşdirici) agentlər olaraq əksər hallarda sərbəst kükürd S8, S2Cl2-, SCl2-, Na2S,
SH qrupu saxlayan birləşmələr (RSH, H2S, SH−CH2−COOH və ya efirləri və s-lər) götürülür. Kükürdləşmə prosesi boyaq maddələrinin, kükürd saxlayan heterotsikillərin alınmasında, neftin kükürdləşdirilməsində, aşqarların sintezində, bitum xammalın hazırlanmasında istifadə edilir. Sulfid kükürdünün intensiv oksigen (udmaq) tutmaq qabiliyyəti, oksidləşmə və yeyilməyə qarşı xassələrə malik olması və bu proseslərin kükürdün molekuldakı mövqeyi və miqdarından asılılığı, tiazin, tiazol kimi heterotsikillərdə (boyaların rəng çalarlarına təsiri) doymamış karbohidrogenlərlə aromatik həlqələrlə törəmələrinin alınması hələ də öyrənilməsi və tədqiqi vacib olan məsələlərdəndir. Təsadüfi deyil ki, kükürdlə zəngin olan neftdən alınan yağ və yanacaq istismar dövründə oksidləşməyə daha dözümlü olub, müəyyən stabillik göstərir.
təsirlə gedən reaksiya olduğundan katalizatorun tətbiqinə ehtiyac yaranır. Belə kükürdləşmə yüksək temperaturlu katalizatorun aktivliyindən asılı olaraq 150–1900C-də gedən prosesdir; özünün də ekzotermik olmasını nəzərə almaq lazımdır. Bu zaman H2S-in ayrılması labüddür və inert qazla onun sistemdən çıxarılması və uducularla tutulması vacibdir. Əsasən aktiv hidrogeni olan maddələrlə (aromatik aminlərlə, alkilfenollarla və s.) sulfidlər və disulfidlərin sintezi üçün istifadə edilir. İkiqat rabitəli karbohidrogenlərə isə H2S ayırmadan da paralel sulfidlər verə bilir.
Kükürdləşmə- kükürd saxlayan hetero tsikillərin-boyaq maddələrinin məs.triazin boyalarının alınmasında geniş tətbiq edilir. Boyaların yuyulmaya, oksigenə davamlı olması, rəng calarlarının tünd, acıq olması üçün kükürdün miqdarının çox və az olması, onun oksigenə münasibətinin əhəmiyyəti vardır və s. Kükürdləşmə-kauçukun vulkanizasiyasında istifadə edilən sürətləndiricilərin (məs. Kaptaksın) 2-merkaptobenztiazolun alınmasında, bir başa prosesin özünə tətbiq edilir. Kükürdləşmə -neftin kükürdləşməsində tətbiq edilir ki, bu onun əvvəlki məhsullarından başlayaraq, kreking qalıqları qatılmış bitum qarışığına qədər əlavə edilir və onun yüksək keyfiyyətli olmasını təmin edir. Kükürdləşmə-yağlara aşqar sintezində tətbiq edilir, məs. kükürd saxlayan alkilfenolyatlar gəmi yağlarının, yüksək oksidləşmə stabilliyi və triboloji (yeyilmə, siyrilmə və s.) xassələr tələb olunan, ağır texnikada işlənən dizel mühərrikləri yağlarının hazırlanmasında isifadə edilir və s.