Külək: Yel kürəsinin şahzadəsi (roman)

Külək - Yel Kürəsinin Şahzadəsi - Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı ilk fentezi janrında romandır. Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Külək trilogiyasından olan ilk romandır. Roman oxucunu yaşadığı dünyaya kənardan – Yel kürəsindən baxmağa sövq edir. Bu səyahət zamanı isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım eləməyə qərarlıdır. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Üstəlik, Yer kürəsinin də taleyi indi bu balaca qızdan asılıdır. Buna baxmayaraq, Külək anası Umayın nağıllarından, atası İşığın məsləhətlərindən və Simurq quşunun qorumasından güc alaraq, bu amansız yolda inamla addımlayır. Romanda Bakı şəhəri, Qız Qalası, İçərişəhər, Bayıl qalası, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik üzü oxucuya təqdim olunub.[1][2]

Külək: Yel kürəsinin şahzadəsi
Müəllif Xülya Cəfərova
Janr Fentezi
Orijinalın dili Azərbaycan dili
Ölkələr Azərbaycan Azərbaycan
Seriya Külək trilogiyası
Nəşriyyat 3 Alma
Nəşr 1
Cild Nazik
Səhifə 180
ISBN 978-9952-311-50-1

Personajlar[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan ədəbiyyatında ilk superqəhrəman". 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-07.
  2. "Gənc yazıçı Xülya Cəfərovanın ilk kitabı olan "Külək – Yel kürəsinin şahzadəsi"". 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Videolar[redaktə | mənbəni redaktə et]