Kültəpə yaşayış yeri (Axura, Şərur)

Kültəpə yaşayış yeriŞərur rayonunda, Qоşatəpədən 2 km şərqdə, Axuraçayın sağ sahilindəki təpəliklər üzərində antik dövrə aid yaşayış yeri.

Sahəsi 7-8 ha. 2x2 ölçüdə 1,5 m dərinlikdə aparılmış qazıntılardan divarqalığı aşkara çıxarılmışdır. Qazıntı sahəsindən 20-25 sm qalınlığında kül təbəqəsi, оsteоlоji və bitki qalıqları aşkar edilmişdir. Qazıntı sahəsinin kül təbəqəsi ilə örtülməsi yaşayış yerinin yandırıldığından xəbər verir.Tikinti materialı kimi yonulmuş təbii qaya parçalarından istifadə edilmişdir. Döşəməsi isə qalın gil təbəqəsi ilə örtülmüşdür. Yaşayış yerindən tapılan gil qab parçaları və digər arxeoloji materiallar əsasında, abidə e.ə III-II əsrlərə aid edilir[1] [2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 18.
  2. Baxşəliyev V. Naxçıvan Arxeoloji Abidələri.-Bakı: "Elm", 2008, 304 s.