Küpəgirən qarı

Küpəgirən qarı

Küpəgirən qarıAzərbaycan nağıllarındakı personajlardan biri. Küpəgirən qarı nağılların mənfi obrazlarındandır. Evlər yıxan, fitnə-fəsad quran, cilddən-cildə girən, ovsunlu, məharətli, bədəməldir.

Bir anlığa gözəllər gözəli də ola bilir, mələklər mələyi də, göyə də qalxa bilir, yerə də enə bilir, ancaq eybəcərliyinə dov gələ bilmir, üst dodağı göy süpürür, alt dodağı yer, bədheybətdir.

Yuxuda onu görürsən əgər, Küpəgirən səni qazana atıb qaynadır ki, bişirib yesin! Qışqırırsan, tanış bəzilərini köməyə çağırırsan, amma səsin çıxmır. O qazandan çıxmaq istəyirsən, lakin Küpəgirən qarı süpürgəsi ilə başından vurur. Təzədən qazana girirsən! Neyləməlisən? Əlbəttə ki yuxudan oyanmalısan! Küpəgirən qarı nağılların pisidir.

Arvad Küpəgirən qarı əvvəlcə böyük anadır. Xristianlığın ilk dövründə bütün rus ilahlarına və ruhlara, həmçinin insanları qorumuşlara qəddar, iblisanə xüsusiyyətlər verilirdi. Belə ciddi böyük ana acıqlı iblisə çevirilmişdi.

Bir nağılda, ögey qızının gözəlliyini qısqanan bir arvad dərdini küpəgirən qarıya danışır. Küpəgirən qarı da süpürgəni gətirməsini tapşırır. Ögəy ana ona süpürgəni gətirir. Süpürgəni açan Küpəgirən qarı içindən qurumuş bir insan qolu tapır. Ögəy anaya deyir ki:

"Bax qızın gözəlləşməsinin səbəbi bu əldir. Bu onun anasının əlidir. Sən onu nə qədər döysən də ana əli balasını sənin qəzəbindən qoruyur. Bu əli apar dəfn et. Süpürgəni əvvəlki kimi bağla, nəticəni çox keçməz görərsən."

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]