Küpəotu bitkisi

Nepentes küpəotu bitkisi daha maraqlı bitkilərdəndir. Bu bitkidə yarpağın yuxarı hissəsi qapaqlı küpəyə oxşayır və tutucu aparat funksiyasını daşıyır. Küpə ilə yarpaq ayasının arasında olan sapşəkilli daralmış hissənin köməyilə bitki özünü dayağa bərkidərək küpələri asır. Bu küpələr çiçəyə oxşayır. Küpənin kənarlarından və qapağindan damcı şəklində şirin maye ifraz olunur. Bu həşəratı cəlb etmək üçündür. Küpənin kənarları hamar və süruşkəndir. Həşərat küpənin kənarlarına qonan kimi sürüşüb küpənin içinə düşur və orada həzm olunur. Küpəli bitkilərə Asiyanin tropik meşələrində təsadüf olunur. Bunlar hündürlüyü 35 sm gövdəsinin diametri 8 mm olan bitkilərdir.