Kürən güzgülər diyarında (film, 2011)

Kürən güzgülər diyarında (rus dilində: «Рыжик в зазеркалье», Belarus dilində: Рыжык у залюстаркоўе) — Yelena Turovanın rejissorluğu ilə 2011-ci ildə “Belarusfilmkinostudiyasında nümayiş olunmuş ailə fantastika filmidir[1].

Kürən güzgülər diyarında
Janr uşaq filmi[d], fentezi filmi[d]
Rejissor Yelena Turova
Baş rollarda Diana Zaprudskaya
Alesya Samoxovets
Operator Dmitri Rud
İstehsalçı Belarusfilm
Distribütor Belarus Respublikası Mədəniyyət Nazirliyi
İlk baxış tarixi 2011
Ölkələr
IMDb ID2235713

Süjet xətti[redaktə | mənbəni redaktə et]

Pərilərin hakim olduğu səltənətlərin birində bədxah bir sehrbaz bütün güzgüləri ovsunlayır. Beləliklə qısa bir zaman ərzində bu səltənətin bütün sakinləri güzgüyə baxan kimi dərhal gözdən itib müəmmalı bir yerə gedirlər. Lakin bədxah sehrbaz üçün bütün bunlar kifayət deyildir. Bədxah sehrbaz yavaş-yavaş pərilər səltənətindən real dünyaya nüfuz etməyə başlayır. Həmin bədxah sehrbazı məğlub etmək bir o qədər də asan iş deyil - bunu pərilər səltənətinin hökmdar nəslinin qanından olan bir adam reallaşdıra bilər və belə bir adam xoşbəxtlikdən mövcuddur. Həmin adam kürən ləqəbli bir qız uşağıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "с 2005 по 2012 гг". 2014-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-27.