Kürəvi ildırım

Kürəvi ildırım — parlaq işıq saçan, səssiz və nisbətən yavaş hərəkət edən, müxtəlif rəngli və ölçülü (bir neçə santimetrdən bir-iki metrə qədər) sferoid formalı nadir ildırım növünə deyilir. Kürəvi ildırım əsasən xətti ildırım boşalmasından sonra əmələ gəlir. Kürəvi ildırım asanlıqla binalar pəncərə, baca vasitəsilə daxil ola bilir. Kürəvi ildırım bir neçə saniyədən bir neçə dəqiqəyədək fəaliyyət göstərərək, güclü partlayışla yox olur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.