Kürdü (geyim)

Kürdü geyim tipinə nümunə. Şuşa, XIX əsr.

KürdüAzərbaycanda qolsuz üst qadın geyimi. Yaxası acıq, yan tərəfləri kəsik olurdu. Əsasən, tirmə və məxmərdən tikilən kürdü soyuq vaxtlarda geyilirdi. Yaxası, ətəyi və qol yeri xəzlə köbələnirdi. İsti olmaq ucun kürdünün astarı bəzən quzu dərisindən düzəldilirdi. Azərbaycanda əsasən, Qarabağ ucun xarakterik olan kürdü geyim tipi digər zonalarda "quzu kürdü", "içlik", "çanlıq", "zıvını", "qolsuz" və s. adlarla yayılmışdır.[1]

  1. Күрдү // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 47.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan milli geyimləri, M., 1972,