Kürdüstan Dirçəliş Cəmiyyəti (kürd. Komeleyê Jiyanêwê Kurdistan) — 16 avqust 1943-cü ildə Məhabadda qurulan kürd milliyətçi təşkilatı. Təşkilat Azərbaycan böhranında Pəhləvi İran qüvvələrinin regiondan qovulmasından sonra təsis edilmişdir.[1] Kürdüstan Dirçəliş Cəmiyyətinin yaradılmasında "Hiva" təşkilatından kömək istənilmişdir.[2] Odur ki, Kürdüstan Dirçəliş Cəmiyyəti İran Konstitusiyasını pozduğuna görə qeyri-qanuni hesab edilirdi və üzvlük üçün şərtlərdən biri gizli olmalı idi. Təşkilat yalnız kürd əsilli valideynləri olanların üzv olmasına icazə vermişdir. Bir istisna ondan ibarət idi ki, şəxsin anası aysor olduğu halda, onlar da təşkilata üzv ola bilərdilər.[3] Təşkilatın andı Qurana əsaslanırdı.[4] Kürdüstan Dirçəliş Cəmiyyəti 3 il ərzində məxfi və mühüm işlər görmüşdür. Sonradan bu təşkilatın əsasında İran Kürdüstanının Demokratik Partiyası qurulmuşdur.[5]
Kürdüstan Dirçəliş Cəmiyyəti | |
---|---|
Yaranma tarixi | 16 avqust 1942 |
Ləğvolma tarixi | 16 avqust 1945 |
Mərkəzi | |
Vikianbarda əlaqəli mediafayllar |