Kürd canavargiləsi

Kürd canavargiləsi  - (lat. Daphne kurdica (Bornm.) Bornm.) Canavargiləsikimilər – (Thymelaeaceae Juss.) fəsiləsinə aid bitki növü.

Kürd canavargiləsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kürd canavargiləsi
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.[1][2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Qısa, çoxbudaqlı, alçaq koldur. Qabığı bozvə ya qonur rənglidir. Yarpaqlar ellipsivari və ya uzunsov –lansetvari, 1-3 sm uzunluğunda, 4–8 mm enindədir. Çiçəkləri 3-6, ağ və ya çəhrayı, budaqların üst tərəfindədir. Çiəkyanlığı bardaqvari, sıx, qısa boz tükcüklüdür. Boru 8–10 mm uzuluğundadır. Erkəkciklərin tozcuqları çiçəyin ağızcığından çıxır. Yumurtalıq tükcüklüdür. Çəyirdək uzunsov, qırmızıdır.[3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

 Çiçəkləmə -meyvə əmləgətirmə dövrü may-avqust aylarına düşür, kserofit bitkidir. Əhəngli yerlərdə, əhəngli –gilli yamaclarda bitir.[3][4]

Yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazın cənub hissəsi və Naxçıvanın dağlıq hissəsi.[5]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın sayı azdır, ətraf mühitin mənfi təsirlərinə həssasdır.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yayılma sahəsinin məhdud olmas və antropogen təsirlər. 

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Yayıldığı sahələr xüsusi nəzarət altına alınmalıdır.[4][5]

Sinonimləri[redaktə | mənbəni redaktə et]

Daphne oleoides auct.

Daphne oleoides ssp. kurdica (Bornm.) Bornm.

Daphne oleoides var. kurdica Bornm.

Daphne transcaucasica Pobed.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013
  2. http://redbook.az/?options=project&id=K%C3%BCrd%20canavargil%C9%99si[ölü keçid]
  3. 1 2 Флора СССР, 1949
  4. 1 2 3 Флора Азербайджана, 1955
  5. 1 2 Azərbaycan SSR-in Qırmızı Kiatbı, 1989

Həmçinin bax[redaktə | mənbəni redaktə et]