Bu məqaləni vikiləşdirmək lazımdır. |
“kütuclular" üsulu – ədədin yaddaşda saxlanma üsulu; bu halda ən qiymətli bayt ədədin birinci baytı olur. Məsələn, onaltılıq A02B ədədi yaddaşda “kütuclular” üsulu ilə A02B şəklində, “sivriuclular” üsulu ilə isə 2BA0 şəklində saxlanılır. Birinci üsuldan Motorola şirkətinin, ikincidən isə Intel şirkətinin mikroprosessorlarında istifadə olunur. Bu termin öz mənşəyini Conatan Svift’in “Qulliverin səyahəti” əsərindən alır: imperatorun əmrinə görə yumurtanı yalnız sivri icundan sındırıb yemək olar. Bu əmrə tabe olmaqdan imtina edən bir qrup adamı “kütuclular” adlandırırdılar.