Kİ Klaksvik

Klaksvíkar Ítróttarfelag ("Klaksvik İdman Klubu"), ümumi olaraq və ya KÍ Klaksvik kimi qısaldılmış formada adlandırılan, Klaksvik şəhərində yerləşən Farer adalarının peşəkar futbol klubudur. Klub 1904-cü ildə yaradılıb. Klub 20 dəfə Farer Adaları Premyer Liqasının və 6 dəfə də Farer Adaları Kubokunun qalibi olmaqla Farer adalarının ən uğurlu futbol klublarından biridir. Bundan əlavə KÍ Klaksvik UEFA-nın təşkil etdiyi Avropa yarışlarının qrup mərhələsində daha dəqiq desək UEFA Avropa Konfrans Liqasının hazırkı turnirində(2023-2024) oynayan ilk Farer adaları futbol klubudur. Klub formalarını mavi-ağ rənglərdə geyinir və matçlarını Við Djúpumýrar stadionunda keçirir.

Kİ Klaksvik
KÍ Klaksvík
Loqonun şəkli
Ölkə
Yaranma tarixi 1904
Stadionu Vid Dyupumirar
Liqa Vodafonedeildin
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
KÍ Klaksvík (ağ formada) və FC Suðuroy (açıq mavi formada) 30 iyun 2012-ci il tarixindəki Farer Adaları Premyer Liqası oyununda.