Əli Tufan Kıraç (17 iyun 1972, Göksun[d], Qəhrəmanmaraş) — Musiqiçi.
Əli Tufan Kıraç | |
---|---|
türk. Ali Tufan Kıraç | |
Ümumi məlumatlar | |
Ləqəbi | Kıraç[1] |
Doğum tarixi | 17 iyun 1972 (52 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, mahnı yazarı[d], film bəstəkarı, müğənni |
Fəaliyyət illəri | 1998-ci ildən |
Janr | Anadolu roku[d] |
Musiqi alətləri | gitara[2] |
Təhsili | |
kirac.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Əli Tufan Kıraç 1972-ci ildə Qəhrəmanmaraşda dünyaya gəlmişdir. Onun atası sadə bir müəllim idi.
1982-ci ildə atasının işinin İstanbula yönəlməsi səbəbiylə orada qalmalı oldular. Məhz elə buna görə də o orta məktəbini və litseyi burada Hasköydə bitirdi. Kiçik yaşlarında musiqiyə olan həvəsi Kıraçın bu sənətdə inkişafında atasına aid bağlama idi. Litseyə başladıqdan sonra onun bu yetənəyi və musiqi müəllimi olan Refik Köksalın ona öz ilk gitarasının hədiyyəsi Kıraçın həyatında bir dönmə nöqtəsi idi. Litseyi bitirdikdən sonra o, Marmara Universiteti Atatürk Eyitim Fakültəsi Musiqi Müəllimliyinə daxil oldu. Orada həm çox sevdiyi musiqi təhsilini, həm də ata məsləhini davam etdirəcəkdi.
Artıq 1992-ci ildə Ortaköy Martı adlı barda səhnə həyatına başladı. Öz musiqilərini daha çox kütləyə dinlətmə və onu paylaşma arzusu 1994-cü ildə onun demo albomun hazırlamasına təkan verdi. Albomun işıq üzü görməsi üçün çoxlu sayda mediya şirkətləriylə görüşdü, amma heç bir şey alınmadı. Sonunda Deli Düş (Dəli Xəyal) albomunu tamamlamaq üçün öz gücüylə maliyyələşdirib durdu. Yenə şirkətlərlə görüşü cavabsız qaldı. Bir dostu onu TMC şirkətiylə görüşdürdü.
1998-ci ilin may ayında "Deli Düş" öz dinləyiciləriylə görüşdü. "Dağların Kadını", "Talihim Yok Bahtım Kara" və "Ben Yolumu Bulurum" mahnılarına klip çəkilən Kıraç hələ çox kütləyə səsini eşitdirmə bilmədi, amma müəyyən sağlam bir kütlə toplaya bildi.
1999-cu ilin dekabr ayında "Bir Garip Aşk Bestesi" adlı albomu işıq üzü gördü. Bu albomda "Gidiyorum" mahnısına klip çəkildi və bununla da özünə böyük bir kütlə topladı. Ardınca "Karahisar Kalesi" və "Bir Garip Aşk Bestesi" adlı mahnılara da klip çəkildi. Hətta Azərbaycan, Almaniya və başqa xarici ölkələrdə də dinlənildi və sevildi.
2001-ci ilin fevralında yeni bir albom "Sevgiliye" Funda Ararla duet oxundu və "Sevgililər Günü" sevənləriylə görüşdü. Bu albomda "Sevgiliye" və "Çeşminaz" mahnılarına klip çəkildi.
2001-ci ilin sonunda Kırac yeni bir fantastik albomu olan "Zaman"ı öz dinləyicilərinin ixtiyarına verdi. Budur "Endamın Yeter", "Gönül", "Kan ve Gül", "Yıllar Sonra" və "Zaman" mahnıları klipləndi. O artıq bir konsertdən digərinə qaçan, öz mahnılarıyla sevənlərinin könlünü oxşadan və mahnılarının sevənləri tərəfindən oxunan bir müğənni oldu.
2003-cü ilin iyulunda "Kayıp Şehir" adlı alboma işləmələr başladı. Albomda olan "Senden Başka", "Tek Hatıra", "Razıysan Gel", "Yalan" və "Ayşe" mahnılarına kliplər çəkildi.
2002-ci ildə "TMC"dən gələn televiziya seriallarında səslənən mahnıların bəstəkarına çevrildi. "Zerda" teleserialına yazdığı mahnı hamının diqqətini çəkdi. Milyonlarca insanlar o serialda yeni melodiyaların olmasını televiziya önündə gözlədilər. 2003-cü ilin baharında "Zerda" satışa çıxaraq çoxlu və nailiyyətli sayda satış qrafiki tutdu.
"Zerda" filminin nailiyyətini başqa bir film olan "Bir İstanbul Masalı" davam etdirdi. Bu arada yeni çıxan "Aliye" filminin musiqisinə imzasını atan Kıraç, "Aliye/Soundtrack" adlı albomuyla bir kəs daha sevənlərini sevindirdi. "Yağmur Zamanı" və "Gözyaşı Çetesi" musiqilərini də "TMC"nin başçılığı altında yazdı.
"Binbir Gece" və "Beyaz Gelincik" filmlərinin musiqisi də Kıraça aiddir.
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |