Kırna nekropolu

Kırna nekropoluNaxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində şimalda orta əsrlərə aid arxeoloji abidə.

Kırna nekropolu
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Culfa rayonunun Kırna kəndi
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Kırna nekropolu (Azərbaycan)
Kırna nekropolu

Nekropol hündür təpəni və onun yamaclarını əhatə edir, qərb tərəfdə Əlincə çay, cənubuda torpaq yol, şimal-şərqində dərin dərə ilə sərhədlənir.

Nekropolda 1985-1991-ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropol hazırda yerli əhali tərəfindən istifadə edilir. Orta əsr və müasir qəbirlər bir-birinə qarışmışdır. Qəbirlərin baş daşları qalmamışdır, sinə daşlarının isə bir çoxu yerindən tərpədilib çevrilmişdir. Sinə daşları müxtəlif formalıdır. Onlar, əsasən, düzbucaqlı və prizma formasında olub, bəzən yuxarıda tağvarı formada tamamlanmışdır. Bir qrup qəbirlərin baş tərəfində tağşəkilli oyuqlar açılmışdır. Bəzi qəbirlərin üzərində quş və haça təsvirləri vardır. Onların üzərində yazıya təsadüf olunmamışdır. Qəbirlərin bəzisinin üzərində nəhəng qoç daşlar qoyulmuşdur. Qoçların bir qrupu düzbucaqlı altlıq üzərində yonulmuşdur. Qoçların hamısı yük sək ustalıqla işlənmişdir. Onların baş tərəfi spiralşəkilli buynuzları olan oval çıxıntı ilə bildirilmişdir. Kırna nekropolundakı qəbirlərin bir qrupu iri daşlarla əhatə olunmuşdur. Daş düzmələr, əsasən, düzbu caqlı planlıdır. Lakin onların çoxusu hazırda dağıdılıb məhv edilmişdir. Nekropolun mərkəzində çiy kərpiclərdən hörülmüş binanın qalıq ları saxlanmışdır. O, düzbucaqlı planda olub, 5 x 5 metr sahəni əhatə edir. Binanın hər divarında eni 1 metr olan giriş qapısı vardır. Türbə hündürlüyü 0,6-0,75 metr olan daş özül üzərində qurulmuşdur. Divarların eni 0,66 metrdir. Qəbirüstü abidələrin tədqiqinə əsasən belə hesab etmək olar ki, nekropolun qədim hissəsi XIV-XVIII əsrlərə aiddir. Lakin o, sonrakı dövrlərdə də istifadə edilmişdir.