Kıttık yarımadası

Kıttık yarımadasıÇukot Muxtar Dairəsinin şimal sahillərində yerləşəm yarımada. Sahillərini Şərqi Sibir dənizinin suları yuyur.

Kıttık yarımadası
Yerləşməsi
69°32′53″ şm. e. 167°43′34″ ş. u.HGYO
Akvatoriya Şərqi Sibir dənizi
Ölkə  Rusiya
Kıttık yarımadası xəritədə
Kıttık yarımadası
Kıttık yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yarımadanın ucqar şimal nöqtəsini Pesçanıy burnu təşkil edir[1]. Yarımada ərazisi bataqlıq sahədən ibarətdir. Kiçik Caun boğazı ilə Ayon adasından[2] ayrılır.

Səthinin orta hündürlüyü 5 metrdir. Ən hündür hissələri 15-50 metr arasında dəyişir. Yarımadanın şimal-şərq hissəsində bu yüksəklik sahildə bitir və sıldırımlı sahil əmələ gətirir. Yarımadanın hamar hissəsi qumluqlarla örtülür. Qərb hissədə olan göllər dairəvi formaya malikdir, üstəlik sahilləri enişlidir[3].

İqlimi arktikdir. Rauçua meteostansiyasının məlumatına görə orta illik temperaturu −10,6°С, yanvar ayının orta temperaturu −26°С, iyun ayının isə +7,6°С təşkil edir. İllik yağıntının miqdarı 140 mm-dir. Sahillərində daim şimal küləyi əsair. Qar mayın sonları əriyir və oktyabrdan isə yerə oturur[4].

  1. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-06.
  2. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-06.
  3. "Низовья реки Раучуа и полуостров Кыттык". 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-06.
  4. "Низовья реки Раучуа и полуостров Кыттык". 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-06.