Kəşküllü

Rza şah Pəhləvi zamanında Böyük Kəşküllü xanı və ailəsi

Kəşküllü[1] (fars. کشکولی Kəşkuli‎) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri.[2] I Dünya müharibəsi ərəfəsində Kəşküllü tayfasının əsas gəlir mənbələrindən biri, ŞirazBuşehr marşrutu üzərində yerləşən və tayfaya mənsub Kazerun bölgəsində toplanılan vergiylə əlaqədar Qaşqayı elinin elxanı İsmayıl xan Qaşqayla tayfanın başçıları arasında narazılıq yaranmış, nəticədə müharibə zamanı tayfa elxana və onun müttəfiqi almanlara qarşı ingilisləri dəstəkləmişdi. I Dünya müharibəsi sona çatdıqdan sonra İsmayıl xan Kəşküllü tayfasından xana qarşı loyal olan iki tirəni ayırdı və onları müstəqil tayfalara çevirdi.[3] Beləliklə üç yeni tayfa yarandı: Böyük Kəşküllü (fars. کشکولی بزرگ Kəşkuli-yi Bozorg‎), Kiçik Kəşküllü (fars. کشکولی کوچک Kəşkuli-yi Kuçək‎) və Qaraçaylı (fars. قراچه‌ای Qəraçee‎).[3]

  1. Etnoqrafik cizgilər. — Qaşqayı eli, səhifə 144. // Güney Azərbaycan folklor örnəkləri. II kitab. Toplayanlar: Behruz Həqqi və Məmmədəli Qövsi Fərzanə; Tərtib edəni və ön sözün müəllifi: filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı; Elmi redaktorları: filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov və Aydın Mustafayev. Bakı: "Elm və təhsil", 2014, 340 səhifə.
  2. Народы Ирана. — Глава седьмая. Луры и бахтиары. Кашкайцы. — Кашкайцы (автор Н. А. Кисляков) стр. 276. // Народы Передней Азии Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine. Под Редакцией Н. А. Кислякова и А. И. Першица. Москва: Издательство Академии Наук СССР, 1957, 613 страниц.
  3. 1 2 Kaškuli Bozorg (author Pierre Oberling), pp. 78–79. // Encyclopaedia Iranica. Volume XVI. Fascicle 1: Kashan — Kašši, Abu ʿAmr Moḥammad. Edited by Ehsan Yarshater. New York: Encyclopaedia Iranica Foundation, 2012, 112 pages. ISBN 9781934283332

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.