Kələm güvəsi

Kələm güvəsi (lat. Plutella maculipennis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinə aid olan növ.

Kələm güvəsi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Kələm güvəsi
Beynəlxalq elmi adı

Zərərvericiliyi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və xəstəlikləri haqda 1960-cı ilin icmalı və 1961-ci ildə proqnoz məlumatlarına əsasən 1960-cı ildə Abşeronda kələm bitkisinin kələm güvəsi ilə zədələnməsi 60-90% olmuşdur.

Nəsilvermə və inkişaf

[redaktə | mənbəni redaktə et]

Kələm güvəsinin kütləvi çoxalmasını Q.Y.Bey-Byenko səciyyələndirərək yazır ki, bir cüt kələm güvəsinin orta məhsuldarlığı 200 yumurta olarsa, 3-4 nəsil verdikdən sonra 1003 və ya 1004 ola bilər. Şübhəsiz ki, nəsildən-nəsilə bu növün miqdarı sürətlə artırır. [1]Kələm güvəsi pup mərhələsini toxuduğu barama içərisində keçirir və orada da qışlayır. Qışlama məhsul qalıqları və yabanı xaççiçəkli bitkilər üzərində gedir. Aprel ayında puplardan çıxan kəpənəklər həmin bitkilərin üzərinə yumurta qoymağa başlayır. Bir dişi fərd hər topada 3-4 ədəd yumurta olmaqla 300-ə qədər yumurta qoya bilir. Yumurtadan çıxan I yaş tırtıllar yarpaq toxumasına girib onun içərisində açdığı lağımda yaşayır. 3-4 gün keçdikdən sonra onlar xaricə çıxaraq qidalanırlar. Qidalanma nəticəsində yarpaq səthinin bir hissəsində deşiklər əmələ gəlir, bir hissəsi isə toxunulmamış qalır ki, bu kələm güvəsinin zədələnməsinin xarakterik nişanəsidir. Kələm güvəsinin iri yaşlı tırtılları, kələm baş bağladığı dövrdə onun içərisinə girib orada qidalanırlar ki, bu məhsul üçün daha çox zərərlidir. Yumurtalardan I nəsil tırtıllar aprel ayının sonundan çıxmağa başlayır, kütləvi çıxış may ayının birinci yarısında müşahidə edilir. Tırtılların puplaşma dövrü may ayının birinci ongünlüyünün sonundan başlayır və may ayının axırına qədər davam edir. II nəsil kəpənəklərin uçuşu may ayının 18-22-si başlayır və iyun ayının birinci ongünlüyünün sonunda başa çatır. II nəsil kəpənəklərin yumurta qoyması may ayının 20-22-si başlayır və bu proses iyun ayının yarısına kimi davam edir. II nəsil tırtılların puplaşması iyun ayının əvvəlindən başlayır, ikinci ongünlüyün sonunda başa çatır. II nəsil kəpənəkləri iyunun ortalarında uçmağa başlayır və bu proses iyun ayının sonunda başa çatır. III nəsil kəpənəklərin yumurta qoyma prosesi iyun ayının ortalarından başlayır və iyunun axırına qədər davam edir. Puplaşma prosesi iyunun axırlarından başlayıb iyul ayının birinci ongünlüyünün sonunda başa çatır. IV nəsil kəpənəklərin uçuşu iyul ayının əvvəllərindən başlayıb ikinci ongünlüyün sonuna qədər davam edir. IV nəslin puplaşması 15-17 iyuldan başlayır və avqustun əvvəllərində başa çatır. V nəsil kəpənəkləri iyunun üçüncü ongünlüyündə uçmağa başlayır və avqust ayının başlanğıcınadək davam edir. V nəsil tırtılları iyulun sonunda görünməyə başlayır və avqustun 20-22-nə kimi davam edir. Axırıncı VI nəslin kəpənəkləri avqustun ortalarından uçmağa başlayır. Tırtılların puplaşması sentyabrda baş verir və pup mərhələsində qışlayırlar.

Kələm güvəsi Azərbaycan şəraitində və eləcə də Quba-Xaçmaz bölgəsində pup mərhələsində qışlayır. M.B.Həsənova görə Quba-Xaçmaz bölgəsində kələm güvəsi pup mərhələsində 95%, yetkin (imaqo) fərd mərhələsində isə 15% qışlayır. [2]

Kələm güvəsi geniş yayılan növ olub, mədəni və xaççiçəklilərdən ağbaş kələm, gül kələm, turp, xardal, turpəng və bir çox başqa bitkilər üzərində qidalanır və onlara zərər verir. Azərbaycanda Quba-Xaçmaz və Abşeron bölgəsində yayılmışdır.

  1. Səfərova İ.M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri. Gəncə: 2006, s. 60-65.
  2. Səfərova İ.M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri. Gəncə: 2006, s. 60-65.
  • Səfərova İ.M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri. Gəncə: 2006, s. 60-65.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]