Kəlləlilər (Craniata) və ya Onurğalılar (Vertebrata) alt tipinin nümayəndələrinin dərisi 2 qatdan – çoxqatlı epidermis və koriumdan ibarətdir. Pulcuqlar, lələklər, tüklər, caynaq və dırnaqlar bunun törəmələridir. Onurğalılarda xorda yalnız embrional dövrdə olur.
Kəlləlilər (Craniata) | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Onurğalılarda xorda onurğa ilə əvəz olunub. Yetkin dövrdə bütün onurğalılar sümük skeletə malikdir. Onlarda baş, gözlər və ətraflar yaxşı inkişaf edib. Əzələ sistemi eninə zolaqlı və saya əzələdən ibarətdir. Tənəffüs sistemini qəlsəmə və ya ağciyərlər təşkil edir. Qan-damar sistemi qapalıdır. Ürək çoxkameralıdır, qan damarları venalar və arteriyalar şəklindədir. Açıq limfa sistemi mövcuddur. İfrazat sistemi yaxşı inkişaf etmişdir. Bu sistem bir cüt böyrəkdən və sidik axarlarından ibarətdir. Hətta aşağı pillədə yerləşən onurğalıların da beyni vardır. Ali formalı onurğalılarda isə beyin yarımkürələri inkişaf etmişdir. Bu, onurğalıların xarakterik əlamətidir. Sinir sistemi mərkəzi və periferik sinir sisteminə bölünür. Hissiyyat orqanları (burun, gözlər, qulaqlar) və daxili sekresiya vəziləri də inkişaf etmişdir. Onurğalılar ayrıcinsiyyətlidir. Dişi və erkək cinsiyyət vəziləri cütdür. Mayalanma xarici və ya daxili olur. Bəzi onurğalılar metamorfozla inkişaf edir.
Onurğalılar 8 sinifdən ibarətdir. 1.Hiperoartiyalar (Hyperoartia) sinfi
2.Miksinlər (Myxini) sinfi
3.Qığırdaqlı balıqlar (Chondrichthyes)
4.Sümüklü balıqlar (Osteichthyes)
5.Suda-quruda yaşayanlar və ya Amfibilər (Amphibia)
6.Sürünənlər (Reptilia)
7.Quşlar (Aves)
8.Məməlilər (Mammalia)