Kəmaləddin İsmayılov

Kəmaləddin İsmayılov (6 mart 1968, Novoqorelovka, Gədəbəy rayonu4 iyun 1993, Gəncə) — çavuş, 4 iyun Gəncə qiyamı zamanı həlak olub.

Kəmaləddin İsmayılov
Kəmaləddin Rəhim oğlu İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gədəbəy rayonu Ərtəpə kəndi
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Gəncə şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 1984-1993

İsmayılov Kəmaləddin Rəhim oğlu 1968-ci il mart ayının 6-da Gədəbəy rayonu Ərtəpə kəndində anadan olub. 4 iyun 1993-cü ildə Gəncədə vəfat edib.

1974-cü ildə Ərtəpə kəndində birinci sinfə gedib, 1981-ci ildə Ərtəpə kənd natamam məktəbini bitirib. 1983-cü ildə Söyüdlü kənd orta məktəbini bitirib.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

1984-cü ildə Gədəbəy rayonu hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 1986-cı ildə hərbi xidmətdən qayıdıb. 16.08.1992-ci ildən könüllü olaraq Milli Qvardiyada qulluq edib.[1]

  1. "Vətən müharibəsi şəhidləri". 2016-08-06 tarixində arxivləşdirilib.