Kənan Kalav

Kənan Kalav (d. 20 noyabr 1961, Mardin, Türkiyə) — Türk kino və televiziya aktyoru,[1] rejissor, ssenarist, Yeşilçam kinostudiyasının ən yaraşıqlı aktyorlarından biri.

Kənan Kalav
Doğum adı Yusif Kənan
Doğum tarixi (62 yaş)
Doğum yeri Mardin, Türkiyə Türkiyə
Milliyyəti Alman[qeyd 1]
Vətəndaşlığı Almaniya Almaniya
Türkiyə Türkiyə
Həyat yoldaşı Nəsra Qurtuluş
Uşağı Canqurd Kalav
Atası Cavad bəy
Anası Suzi xanım

Alman qadın Suzi xanım və Mardindən olan kimya professoru Cavad bəyin ailəsində dünyaya göz açıb. Alman-Türk liseyini bitirdikdən sonra Marmara üniversitetinə qəbul oldu. Orada turizm və otel təhsili aldı[2].

Həyat yoldaşının gül dükanında işləyən Lətif Dəniz ilə Kalav İstanbuldan İspaniyanın Barselona regionuna gedmək üçün yola çıxır. Hava limanında olarkən polis tərəfindən tutulur.

"Polis tərəfindən tutularkən nə baş verdiyini anlamadım. Heç nədən xəbərim yox idi".

Kənan Kalav

Amma onların çantalarında 2 kq narkotik tapıldı. Aktyorun iddiasına görə o hava limanında qəhvə içərkən, çantaları Dənizə vermişdi. Aktyorun ifadəsinə görə narkotikli çantalar onun adına qeyd edilmişdi. Bu səbəbdən dolayı Kənan Kalav Barselonanın Qerona həbsxanasında 10 il azadlıqdan məhrum edildi. 1 il tək kişilik otaqda qaldı. Amma sonradan altı nəfərlik otağa alındı. Bir qədər sonra Kənan Kalav İspaniya kralı Karlosa üzr məktubu göndərdi. Bunu görən Karlos həbsxana müdürünə teleqraf yazdı. 5 il azadlıqdan məhrum edilən Kalav, 1996-cı ildə həbsdən çıxdı. 1999-cu ilə qədər İspaniyada qaldı. Orada (Barselonada) restoran açdı.

Özünün olduğu motosiklet qəzasından sonra aktyor, üç polis tərəfindən döyüldü. Bu hadisələrdən sonra Kalav Türkiyəyə geri qayıtdı. 38 yaşı olarkən Türkiyədə ağır qəza keçirtdi. Yenidən aktyor olmağa qərar verdi.

Nəsra xanım ilə izdivacından Canqurd adlı oğlu var. Keçmişdə Ahu Tuğba ilə sevgili olub[3].

Şəkil Filmin adı İl Ssenari müəllifi Aktyor Rejissor Filmin növü
Ömrümün tək gecəsi 1984 ❌N ✅Y ❌N Tammetrajlı
bədii film
Ehtiras 1984 ✅Y ✅Y ❌N Tammetrajlı
bədii film
Günahlı gənclik 1985 ❌N ✅Y ✅Y Tammetrajlı
bədii film
Pulun əsiri 1985 ❌N ✅Y ❌N Tammetrajlı
bədii film
Qatillərdə ağlayar 1985 ❌N ✅Y ✅Y Tammetrajlı
bədii film
Çalaquşu 1986 ❌N ✅Y ❌N Tammetrajlı
bədii film
Gün doğmadan 1986 ❌N ✅Y ❌N Tammetrajlı
bədii film
Sahədəki qadın 1986 ❌N ✅Y ✅Y Tammetrajlı
bədii film
Uçurum 1986 ❌N ✅Y ❌N Tammetrajlı
bədii film
Müdafiə 1986 ❌N ✅Y ❌N Tammetrajlı
bədii film
Günah gecəsi 1987 ✅Y ✅Y ❌N Tammetrajlı
bədii film
Bir qadın tələsi 1987 ❌N ✅Y ❌N Tammetrajlı
bədii film
Kişi sevgisi 1987 ❌N ✅Y ❌N Tammetrajlı
bədii film
Xərçəng bürcü 1988 ❌N ✅Y ❌N Tammetrajlı
bədii film
Dəniz ulduzu 1988 ❌N ✅Y ❌N Tammetrajlı
bədii film
  1. Kimi kaynaklarda [1] Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Almanya, kimi kaynaklarda [2] Arxivləşdirilib 2010-03-01 at the Wayback Machine, [3] Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine Mardin doğumlu olduğu yazmaktadır.
  1. Yeşilçam'dan Tek Kişilik Hücreye Arxivləşdirilib 2009-10-22 at the Wayback Machine Hürriyet Kelebekgaleri
  2. "Cezaevi kimyamı bozdu". Milliyet. 13 Nisan 2000. 2017-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-05.
  3. ‘Uyuşturucunun maskarası’ Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine Star Gazetesi. 13 Ağustos 2006.