Kəndalaş

Kəndalaş — qalın sürünən kökü ilə seçilən çoxillik ot. Demək olar ki, Azərbaycanın hər yerində bitir. Kəndəlaş – doqquzdon bitkisinin yaxın qoxumudur, bu koldur, onun giləmeyvələri ətirli tünd bənövsəyi və ya qara rəngdədir. Eyni zamanda qırmızı kəndəlaş da mövcuddur, lakin bu zəhərli giləmeyvəlidir və təbabətdə və qidada istifadə olunmur. Qara rəngli kəndəlaşın faydalı xüsusiyyətləri qədim zamanlardan məlumdur. Əfsanəyə görə kəndəlaş müqəddas bitkidir və uzunömürlük xüsusiyyətlərini özündə daşıyır. Hal-hazırda fitoterapeftlər və otlarla müalicə edənlər bu bitkinin böyük şəfa gücünə və zəngin vitamin-mineral tərkibinə görə dəyərləndirirlər

Orta əsr mənbələrinə əsasən, kəndalaşın yarpaq və kövdəsindən hazırlanmış həlim bəlğəm gətirici qüvvəyə malikdir. «Töhfətül-möminin» (1669-ci il) kitabının müəllifi aşağıdakıları qeyd edir: kəndəlaşın şirəsindən, gövdəsinin həlimindən və ya onun 8 qram lıq tozundan kompres əl-əyaq sınığında və möhkəm zədələrdə istifadə olunur. Saplağın həlimi çaxır ilə qarışdırılaraq ilan sancanda və revmatik ağlılara qarşı xaricdən istifadə olunur, içdikdə isə daxili orqanların tıxaclarını açır. Babasildə onun yarpaqları ilə bağlama çox xeyirlidir. Kəndalaş həlimindən vanna uşaqlıqdakı bərkimiş şişlərə qarşı istifadə olunur. Kəndəlaş həlimindən və arpa unundan hazırlanmış kompres kəskin şişlərdə, yanıqlarda, it dişləyərkən xeyirlidir. Kəndəlaş həlimi piylə yel xəstəliyində (podaqrada) xeyirlidir. Kəndəlaş bitkisinin həliminin xaricdən istifadəsi saçları möhkəmlədir və qaraldır. Müasir Azərbaycan xalq təbabətində kəndəlaşın qurumuş çiçəklərindən, yarpağı və meyvəsindən tərləməyə və iltihaba qarşı vasitə kimi geniş istifadə olunur. Onun şirəsi malyariyaya qarşı dərmandır. Spirtli cövhərini qarın ağrılarında, yarpağlarını isə şəkər xəstəliyində işlədirlər. Kəndəlaş həmçinin sakitləşdirici və depressiyaya (ruh düşkünlüyünə) qarşı vasitədir. Qızdırma, örə, məxmərəkə qarşı antiseptik vasitə kimi istifadə olunur.

Kəndəlaşdan istifadə

[redaktə | mənbəni redaktə et]

Dəmləmə üsulu ilə kəndəlaşın bütün hissələrindən (kökündən, çiçəklərindən və yarpaqlarından) alınan məhlul ilə maddələr mübadiləsini tənzimləmək üçün istifadə edirlər. Yeni dərilmiş giləmeyvələr və hamaşçiçəklərindən dəmlənmiş çay revmatizm zamanı xəstəliyi yüngülləşdirir. Qurudulmuş meyvələrin dəmləməsi ödün qovmağını gücləndirmək üçün, bağırsağı təmizləmək üçün və sidikqovucu kimi istifadə edirlər. Kəndəlaşın çiçəklərin dəmləməsi bronxit, anqina, qrip, laringit, nevralqiya, podaqra, böyrəyin və sidik kissəsinin müalicəsində çox faydalıdır. Hesab edilir ki, yeni açılmış yarpaqlarının dəmi effektli agrıkəsici və qanaxmanın qarşısını alan vasitədir, eləcə də bu dəmi baş ağrılarında, yuxusuzlukda, ateroskleroz və mədə ağrılarında istifadə edirlər. Tər giləmeyvələrindən çəkilmiş şirə orqanizmi yumşaq halda təmizləyir, əlavə mayeləri çıxarır, qara çiyərin və böyrəklərin işini yaxşılaşdırır. Bitkinin giləmeyvəsi və şirəsi qaragilə kimi təsir edir – göz damarlarını bərkidir, görmə qabiliyyətini gücləndirir, toyuq körluğunu tam müalicə edir. Mirvarı suyunun yaranmasının qarşısını alır. Şirənin tərkibi antioksidant, şiş yaranmasının və orqanizmi cavanlaşdıran xüsusiyyətlərlə zəngindir. Kəndəlaş xərcənq əlehinə qarışıqların tərkibinə daxildir, o onkoloqiyadan, miomadan, mastopatiyadan, endometriozdan müalicə edir. Kəndəlaş ümumigucləndirici əla vasitədir, tər giləmeyvələri, onlardan düzəldirilmiş şirə və eyni zamanda hamaşçiçəklərindən dəmlənmiş çayı infeksion xəstəliklər zamanı, soyuqdəymə mövsumünda, immun sistemin aktivləşdirilməsi və orqanizmi virus infeksiyalarından qorunması üçün qəbul edilməsi məsləhətdir. Kəndəlaş müxtəlif dəri xəstəliklərinə furunkulyoz, qıcıqlandırma və xüsusiylə psoriazın müalicəsinə köməklik edir. Bu xəstəliyin müalicəsi üçün bitkinin giləmeyvələrinin qatı şirəsindən və çiçəklərin dəmləməsindən istifadə edilir. Daimi istifadə zamanı yüngülləşdirmə baş verir və xəstəliyin remissiyası hiss ediləcək dərəcədə uzadılır.

Kəndəlaşın istifadə edilməsinin əks təsiri

[redaktə | mənbəni redaktə et]

Mədə-bağırsaq xroniki xəstəliyi, hamiləlik və bədənin qəbul etməməsi zamanı qara kəndəlaşdan istifadə edilməməsi məsləhətdir. Giləmeyvələrdən və onların şirəsindən həddindən artiq çox istifadə edilərsə ürəkbulanmaya və qusmağa səbəb olar. [1]

  1. https://polzavred.ru/buzina-poleznye-svojstva-dlya-prodleniya-zhizn[ölü keçid]