Kəndimizin Qəhrəmanı (1971)

Filmdə Qax rayonunun Sarıbaş kənd sakini, 26 Bakı komissarı adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Həsən Mirzəliyevin keçdiyi mənalı həyat yolundan söhbət açılır.

Kəndimizin qəhrəmanı
Janr bioqrafik
Ssenari müəllifi Vaqif Hümmətoğlu
Operator Sərdar Vəliyev
Bəstəkar Oqtay Rəcəbov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1971
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1971
Texniki məlumatlar 1 hissə
270 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Kinolent hünərli, cəsarətli, əməksevər kolxoz sədrinin kənd təsərrüfatı məhsulları istehsalının inkişafına, dövlətə əkinçilik və heyvandarlıq məhsulları satışına dair beşillik planın yerinə yetirilməsində qazandığı nailiyyətlərə görə "Əmək qəhrəmanı" adına layiq görülməsindən, onun iş təcrübəsindən danışır. Eyni zamanda filmdə kolxozçuların fədakar əməyi, onların kəndi abadlaşdırmaq üçün gördükləri tədbirlər öz əksini tapmışdır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Vaqif Hümmətoğlu
Operator: Sərdar Vəliyev
Bəstəkar: Oqtay Rəcəbov
Səs operatoru: Şamil Kərimov
Mahnını oxuyur: Flora Kərimova

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]