Azərbaycanda əhalisi tamamilə tərk olunmuş, minə yaxın kənd vardır. Bəs, ata-baba yurdu nə üçün boş qalmışdır? Cavab belədir: əlverişli iş və məişət şəraiti, yararlı yollar, qaz və elektrik enerjisi olmadığı üçün orduda xidməti, yaxud ali təhsili başa vuran cavanların bir çoxu kəndə qayıtmır. Elə kəndlər var ki, bu yerlərdə cəmi iki nəfər-qoca ilə qarı qalmışdır.
Kəndlərin harayı | |
---|---|
Janr | sənədli film |
Rejissor | Zaur Məhərrəmov |
Ssenari müəllifi | Nüsrət Kəsəmənli |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | Cavanşir Quliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1987 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1987 |
Texniki məlumatlar |
2 hissə 411 metr 35 mm |
Filmdə məhz bu problemlər qaldırılır, tezliklə tədbir görülməsi üçün haray çəkilir.