Kəndlərin harayı (film, 1987)

Azərbaycanda əhalisi tamamilə tərk olunmuş, minə yaxın kənd vardır. Bəs, ata-baba yurdu nə üçün boş qalmışdır? Cavab belədir: əlverişli iş və məişət şəraiti, yararlı yollar, qaz və elektrik enerjisi olmadığı üçün orduda xidməti, yaxud ali təhsili başa vuran cavanların bir çoxu kəndə qayıtmır. Elə kəndlər var ki, bu yerlərdə cəmi iki nəfər-qoca ilə qarı qalmışdır.

Kəndlərin harayı
Janr sənədli film
Rejissor Zaur Məhərrəmov
Ssenari müəllifi Nüsrət Kəsəmənli
Operator Zaur Məhərrəmov
Bəstəkar Cavanşir Quliyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1987
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1987
Texniki məlumatlar 2 hissə
411 metr
35 mm

Filmdə məhz bu problemlər qaldırılır, tezliklə tədbir görülməsi üçün haray çəkilir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Zaur Məhərrəmov
Ssenari müəllifi: Nüsrət Kəsəmənli
Operator: Zaur Məhərrəmov
Bəstəkar: Cavanşir Quliyev
Səs operatoru: Şamil Kərimov