Kərəm Əkbərov

Əkbərov Kərəm Nurəddin oğlu — azərbaycanlı bəstəkar.

Kərəm Əkbərov
Kərəm Nurəddin oğlu Əkbərov
Ümumi məlumatlar
Doğum tarixi (36 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Təhsili Bakı Musiqi Akademiyası

Kərəm Əkbərov 1988-ci il iyun ayının 25-də Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2006-cı ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirmiş və eyni ildə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasına, görkəmli bəstəkar Arif Məlikovun sinfinə daxil olmuşdur. 2010-cu ildə bəstəkarlıq sinfini "Azərbaycan" simfonik poema fantaziya əsəri ilə bitirmişdir. Bəstəkar təhsilini 2014-cü ildə magistr kimi tamamlamışdır. Və eyni zamanda Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.

Bəstəkarın əsərləri Azərbaycanda və xarici ölkələrdə dəfələrlə ifa olunmuşdur. Azərbaycanın xalq artistləri professor Rauf Abdullayev, Teymur Göyçayev onun əsərlərini ifa etmişlər. 2011-ci ildə Kanadanın Niaqara şəhərində Azərbaycan mədəniyyəti günlərində bəstəkarın "Kamera orkestri üçün suita"sı müvəffəqiyyətlə ifa olunmuşdur. Bəstəkar 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatına" layiq görülmüşdür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bəstəkar piano üçün 6 prelüd, violono və piano üçün suita, piano üçün sonata, simfonik orkestr üçün suitası, simfonik poema "Azərbaycan", "Sevgi dastanı" balet suitası, böyük rus bəstəkarı Dmitri Şostakoviçə həsr olunmuş simli kvartet, violonçel və piano üçün "Recitativ və ariozo", "Qafqaz əfsanəsi" simfonik poema və bir çox əsərlərin, eləcə də çox sayda mahnı və romansların müəllifidir.

Bunlardan "Gün gələr", "Araz yadıma düşüb", "Vətən mənə oğul desə", "Bakının gecəsi", "Sənsiz yaman darıxıram", "Dağlar", "Yağmur gözlüm" mahnılarını qeyd etmək olar.