Kərbəlayi Həmid Abdulla hamamı

Kərbəlayi Həmid Abdulla hamamıAstara rayonunun Ərçivan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi, hamam. 1806-cı ildə xeyriyyəçi Kərbəlayi Həmid Abdulla tərəfindən tikdirilib.

Kərbəlayi Həmid Abdulla hamamı
Xəritə
38°30′15″ şm. e. 48°49′49″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Yerləşir Astara rayonu, Ərçivan qəsəbəsi
Sifarişçi Kərbəlayi Həmid Abdulla
Tikilmə tarixi 1806
İstinad nöm.4116
KateqoriyaHamam
ƏhəmiyyətiYerli əhəmiyyətli
Kərbəlayi Həmid Abdulla hamamı (Azərbaycan)

Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Hamam 1806-cı ildə Kərbəlayı Həmid Abdulla tərəfindən Astara rayonunun Ərçivan qəsəbəsində tikilib.[1][2] Hamamın üstündə səkkiz günbəz var. Yumurta sarısı və adi odun külünün qarışığı ilə tikilib.[3] Hamamın suyu cəmi bir tiyanla qızdırılıb.[4]

Sovet işğalından sonra hamam kolxozun tabeliyinə verilib. Hamamı sonuncu dəfə 1980-ci ildə təmir edilib və həmin ilin sonuna kimi yerli əhalinin istifadəsində olub.[1]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə hamam yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[5][6]

Hamam illərdir istifadəsiz qaldığı üçün günbəzlərindən bir neçəsi dağılıb, binası yararsız hala düşüb.[7] Əsaslı bərpaya ehtiyacı var.[8]

  1. 1 2 Mistanlı, Aqşin. Cənub bölgəsinin abidələr ensiklopediyasi (az.). Bakı: Adiloğlu. 2020. 229. ISBN 978-9952-37-379-0.
  2. Əliyev, Aqşin. Astara tarixi-memarlıq və arxeoloji abidələri (az.). Bakı. 2021. 127. ISBN 978-9953-38-380-0. 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  3. "Astaranın qədim müalicəvi hamamı". Cənublu (az.). 2021-08-21. 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  4. "Ərçivan hamamının əsaslı təmir və bərpasına ehtiyac var". anl.az. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  5. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  6. "Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi". masalli.mct.az. 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  7. "Astaranın qədim müalicəvi hamamının təmirə ehtiyacı var - VİDEO". Oxu.Az (az.). 2020-01-04. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  8. "Astarada XIX əsrin yadigarı olan hamamın əsaslı təmirə ehtiyacı var". Azərtac. 2018-12-17. 2020-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]