Kərgədan gürzə (lat. Bitis nasicornis) — Afrika gürzələri cinsinə daxil olan zəhərli ilan növü.
Kərgədan gürzə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kərgədan gürzə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ümumi uzunluqları 60 sm — 1,2 m arasında dəyişir. Dişilər erkəklərdən iri olur. Başları düz, və üçbucaqdır. Burnun üzərində çıxıntılar vardır. Bədəni kök olub, üzəri gözəl naxışlarla örtülüdür. Bel hissəsində qara rəngli romblar ilə əlaqəli sarı saçaqlı, ikiqat mavi trapeziya vardır. Bu qarışıq rəngləri onun ətraf mühitdə asanlıqla gizlənməsinə səbəb olur. Rütubətli meşələr, bataqlıq əraziləri, meşə çaylarıının sahilləri və bulaqlar olan əraziləri sevirlər. Olduqca yazşı üzə bilirlər. Əsasən gecə aktiv olurlar. Qida rasionuna kiçik məməlilər, qurbağalar, və balıqlar daxildir. Zəhəri kifayət qədər güçlüdür. İnsan üçün təhlükə törədə bilər.
Diri bala doğur. Dişi sayı 38 olan, 18–25 sm uzunluğa malik balalar doğur.
Növ Ekvatorial Afrikada yayılmışdır[3] — Qərbi Keniyadan Qvineya, Sudan və Zambiyaya qədər.