Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aşıq Kərim (2 fevral 1925, Ardanış – 1 dekabr 1999, Bakı) — aşıq.
Kərim Paşayev | |
---|---|
Kərim Paşayev | |
Digər adı | Aşıq Kərim |
Doğum tarixi | |
Doğum yeri | Göyçə mahalı, Ardanış |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı |
Uşaqları | 5 oğlu, 3 qızı var |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aşıqlıq |
1925-ci il fevralın 2-də Göyçə mahalının Ardanış kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından şeirə, sənətə böyük maraq göstərib və 12 yaşından başlayaraq xalası oğlunun — Göyçənin tanınmış ustad aşıqlarından olan Aşıq Niftalının yanında şagirdlik etməyə başlayıb. Bu sənətin dərin incəliklərinə yiyələnən, sənəti gözəl tərzdə qavrayan Aşıq Kərim qısa müddət ərzində bu sənətdə məşhurlaşıb. Aşıq Niftalının ən bacarıqlı və ən çox sevdiyi şagirdlərindən biri olub.
1943-cü ilin fevralında Aşıq Kərimin 18 yaşı tamam olur və elə həmin ilin sentyabrın 22-də hərbi xidmətə yola düşür. Etdiyi xidmət boyu o sıravi əsgər-snayper olub. Böyük Vətən Müharibəsində faşizmə qarşı mərdliklə vuruşan Kərim döyüşdə göstərdiyi şücaətə, ciddi nizam-intizama görə dəfələrlə orden və medallarla təltif olunub. 1945-ci ildə faşizm üzərində qələbədən sonra ordudan tərxis olunan Kərim öz doğma yurd-yuvası olan Göyçə mahalının Ardanış kəndinə qayıdıb. Qayıtdıqdan sonra o ticarətlə məşğul olub. Neçə illər o, Ardanış kəndində olan univermaqda işləyib. Ticarətlə bərabər aşıqlıq sənətini də davam etdirib. Ustadı aşıq Niftalı ilə el şənliklərində, toylarda çıxış edib.
1947-ci ildə SSRİ-i Ali Soveti tərəfindən 1941–1945-ci il Böyük Vətən Müharibəsində iştirakı və göstərdiyi şücaətə görə medalla təltif olunub. 1949-cu ildə Aşıq Kərim Tükəzban xanımla ailə həyatı qurub. 5 oğlu, 3 qızı var. Dövrünün bir çox qüdrətli aşıq, şair və söz ustadları ilə yaxın dostluq münasibətlərində olub. Yüksək əməksevərliyi ilə fərqlənən Aşıq Kərim 1977-ci ilin martın 15-də Sosialist Əməyi Qəhrəmanı ordeni ilə təltif olunub.
1941–1945-ci illərdə müharibədə iştirak etdiyi üçün müxtəlif dövrlərdə dəfələrlə orden və medallarla təltif olunub.
1988-ci ildə Aşıq Kərim ailəsi ilə birlikdə Bakıya köçüb. Bakıya köçdükdən sonra Aşıq Kərim yerdə qalan ömrünü yalnız və yalnız çox sevdiyi aşıqlıq sənətinə, yaradıcılığa həsr edib. O Bakıda fəliyyət göstərən "Göyçə"Koperativinin üzvü olub. Vaxtaşırı aşıq məclislərində ürəyi Göyçə həsrəti, el-oba həsrətilə çırpınan saz-söz ustadları ilə bir araya gəliblər.
24 aprel 1989-cu ildən Azərbaycan Respublikası Aşıqlar Birliyinin üzvü olub. Bax, beləcə keşməkeşli və mənalı ömür yolu keçmiş Aşıq Kərim 1999-cu il dekabrın 1-də uzun sürən xəstəlikdən sonra vəfat edib.