Kərkük — İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən ərəb və türk dillərində nəşr edilən dərgi.
Kərkük (dərgi) | |
---|---|
Məsul redaktor | Aydın Kərkük |
Əməkdaşlar | Kahtan Hörmüzlü, Taha Qayaçı |
Təsisçi | İraq Türkman Ədəbiyyatçılar |
İlk buraxılışı | 2003 |
Ölkə | İraq |
Dil | türk və ərəb |
İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən "Kərkük"ün 2003-cü ildə Kərkükdə ilk sayı ərəb və türk dillərində oxuculara təqdim edildi. İlk başda ədəbiyyat nümayəndəsi Mövlud Taha Qayaçının baş yazarlığı ilə yayımlanmış "Kərkük" daha sonra demokratiyanın nəticəsi kimi Kahtan Hörmüzlünün baş yazarlığı ilə fəaliyyətinə davam etdi. Baş redaktor Aydın Kərkük və yazı işləri katibi Həsən Kevsər, Türkiyə üzrə təmsilçisi isə Şəmsəddin Kuzəçi seçilib. Daha çox ədəbi mövzuların yer aldığı "Kərkük" 15 gündə bir çap edilərək 2005-ci ilin aprelində 8 səhifə olmaqla, 15 sayı nəşr edilib. 2006-cı ildən isə qəzet dərgiyə çevrilib.[1]