Kəsbi Ərəşi XVIII əsri şair
Kəsbi Ərəşi | |
---|---|
Fəaliyyəti | Yazıçı |
Əsərlərinin dili | farsca, azərbaycan türkcəsi |
Janrlar | qəzəl, qəsidə |
Kəsbi Ərəşi barədə Salman Mümtaz məlumat vermiş, onun XVII əsrdə yaşadığını, I Şah Abbas dövrünün (1587-1629) tarixi şəxsiyyətləri Yusif xan və Molla Həsənin dostu olduğunu bildirmişdir. «XI əsri-hicrinin əvvəllərində Şah Abbas Kəbir tərəfindən Yusif xan adlı bir zat Şirvan vilayətinə bəylərbəyi təyin olunmuşdu. Yusif xan özü gözəl təbi-şerə malik olduğu kimi, vəziri Molla Həsən də o vaxtın dərin bilikli, fəsahətli şairlərindən idi. Bu şairdust əmirin əhdində bəzi türkcə və farsca şeirlər söyləyən qüdrətli şairlər də yetişmişdir ki, onlardan da bəhs etmək mənfəətdən xali deyildir. Əz cümlə Ərəşli Kəsbi o zamanın görkəmli və adlı şairlərindəndir ki, Yusif xan və Molla Həsən ilə də dost və aşna imiş»[1]
Ey mərdi-Əraq, eyləmə Şirvani zəmm, Etmək nə rəva cənnəti-rizvani zəmm, Yad eylə səfa handa alağdır tikəninki, Gəl başın üçün eyləmə Şirvani zəmm [2] [3]