Kəsilmiş flomoides

Kəsilmiş flomoides - (lat. Phlomoides laciniata)

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik, hündürlüyü 50-100 sm olan, kökyanı boyuncuğu ağ yunlu bitkidir. Gövdəsi sadə, bəzən az budaqlıdır; adətən ağ uzun tükcüklərlə sıx yunlu şəkildə tükləşmişdir. Yarpaqları yaşıl, az tüklənmişdir, uzun saplaqlı kökyanı yarpaqları lələkvari və ya ikiqat lələkvari parçalanmışdır. Gövdə yarpaqları qısa saplaqlı, yuxarıdan kəsilmiş diş-dişlidir. Uzun sıx sünbülvari çiçəkqrupu əmələ gətirən çiçəkləri çox çiçəkli köbələrdədir. Kasacığı 16–20 mm, boruvari–zəngvari, sıx ağımtıl-yunludur. Tacı 30 mm qədər uzunluqda; yuxarı dodağı ağ bizşəkillidir, içi qıraqdan ağ ipəkvaridir; aşağı dodağı üç dilimli, orta dilimi əlvan sarı, yan dilimləri limonvari-sarıdır. Fındıqca sıx şırımlıdır.[1]

Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Quru gilli və daşlı yamaclarda, yovşanlı yarımsəhralarda, kserofil kolluqlarda, əkin kənarlarında, bağlarda tək-tək və ya kiçik qruplar əmələ gətirir.[2]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.