Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kəsmə temperaturu — mexaniki emalda yonqarçıxarma zamanı yaranan istiliyin təsirindən alətin qızma temperaturuna deyilir. Yonqarçıxarmada tətbiq olunan enerjinin demək olar ki, hamısı istiliyə çevrilir. Emal olunmuş səthin bərkiməsinə sərf olunan enerji həddən çox kiçik olduğundan nəzərdən atılır. Kəsmədə yaran istilik mənbələri şəkildə təsvir edilmişdir.
Burğulamada yaranan istiliyin 80%-i yonqarla xaric edilir. Yerdə qalan 10% pəstaha, 10% isə alətə keçir. Buna baxmayaraq alətdə yaranan temperatur hamıdan yüksək olur, o orta temperaturu 2–2,5 dəfə, pəsathınkını isə 20–30 dəfə keçir. Ümumiyyətlə, kəsmə temperaturu alət və pəstah materialları ilə bərabər həm də emal rejimlərindən asılıdır. Kəsmə sürəti, veriş artdıqca kəsmə zonasında görülən iş də artır. Alətdə istiliyin nisbətən az hissəsinin cəmləşdiyinə baxmayaraq, onun qızma temperaturu xeyli yüksək olur (bəzən 1000 °C-dən artıq olur). Alət materialının aşağı istilikkeçirmə qabiliyyəti ucbatından onun üst qatı çox qızır və burada yüksək istilik toplanır. Onun en kəsiyi böyunca müxtəlif izotermlər yaranır. Nəticədə alət deformasiyaya uğrayır, səth korlanır. Ona görə də texnoloji proses layihələndirilən zaman istiliyin təsiri nəzərə alınmalıdır.