K-9 Thunder

K-9 Thunder Cənubi Koreya istehsalı özüyeriyən artilleriya qurğusudur. Bu artilleriya qurğusu Cənubi Koreya Silahlı Qüvvələrində istismar olunan K-55 artilleriya sistemini əvəz etmək məqsədilə hazırlanmışdır. K-9 haubitsası K-10 avtomatik mərmi təchizat maşını ilə birlikdə fəaliyyət göstərir.

K-9 Thunder
Tipi Özüyeriyən artilleriya
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1999 – davam edir
İstismara başlanması 1999
İstehsal tarixçəsi
Konstruktor Samsung Techwin
Konstruksiya tarixi 1989–1998
İstehsalçı Hanwha Techwin (keçmiş Samsung Techwin)
İstehsal illəri 1999–davam edir
Variantları K-10
Xüsusiyyətləri
Ağırlığı 47 ton
Sürət 67 km/s
Güc nisbəti 21 ag/ton
Əsas silah 155 mm yivli top
Köməkçi silah 12.7 mm K6 HMG
Uzunluğu 12 m
Eni 3.4 m
Hündürlüyü 2.73 m
Ekipaj 5 (Komandir, sürücü, topçu, 2 nəfər yükləyici)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk dəfə texnologiya transferi Türkiyəyə həyata keçirilmiş və 2004-cü ildən etibarən T-155 Fırtına adı ilə lisenziya altında istehsal olunmağa başlamışdır. Bu texnologiya transferi qarşılığında Türkiyə Cənubi Koreyaya 1 milyard ABŞ dolları ödəmişdir.[1] Türkiyə 2011-ci ilə qədər 300 ədəd Fırtına istehsal etməyi planlaşdırmışdır.

2015-ci ilin sentyabrında "Larsen və Toubro" konqlomeratı Hindistan ordusunu 100 ədəd K-9 haubitsası ilə təmin etmək üçün 800 milyon $ dəyərində müqavilə imzalamışdır.[2] Hindistan üçün istehsal olunmuş K-9 Vajra-T xüsusilə ölkənin Pakistanla sərhəd ərazilərində səhra şəraitində istifadə üçün nəzərdə tutulmuşdur.

2016-cı ilin iyulunda Finlandiya müdafiə naziri açıqlanmayan sayda K-9 haubitsasının alınması məqsədilə Cənubi Koreya ilə danışıqların davam etdiyini açıqlamışdır.[3] 2017-ci ilin fevralında isə ölkənin müdafiə naziri növbəti açıqlamasında 2017-ci ildən başlayaraq yeddi il ərzində Finlandiyanın 48 ədəd K-9 alacağını bildirmişdir.

NorveçEstoniya da K-9-ların alınmasının qərara alındığını bildirmişdir. Norveçlə Koreya arasında satınalma haqqında müqavilənin 2017-ci ilin ortalarında imzalanacağı gözlənilir.[4] Bir sıra digər mənbələrə istinadən yayılan xəbərlərə görə Estoniyanın Finlandiyadan 12 ədəd K-9 alacağı gözlənilir.

  • XK-9: Prototip.
  • K-9: İlk istehsal variantı.
  • K-9 VAJRA-T: Hindistan üçün nəzərdə tutulmuş variant.
  • K9FIN Moukari: Finlandiya üçün nəzərdə tutulmuş variant.
  • K-10: Mərmi təchizat maşını. (K-9 şassisi üzərində hazırlanmışdır)

İstifadəçiləri

[redaktə | mənbəni redaktə et]
K-9 istifadəçiləri.

Hazırkı istifadəçilər

[redaktə | mənbəni redaktə et]
  • Finlandiya Finlandiya: 48 ədəd. Çatdırılmasına 2017-ci ildən etibarən başlanılacaq.[5]
  • Hindistan Hindistan: 100 ədəd. "Larsen və Toubro" şirkəti tərəfindən Hindistan Silahlı Qüvvələri üçün istehsal olunmuşdur.[6]
  • Cənubi Koreya Cənubi Koreya: 1,136 ədəd K-9 və 179 ədəd K-10.
  • Polşa Polşa: 120 ədəd. AHS Krab proqramı çərçivəsində istehsal olunacaq.[7]
  • Türkiyə Türkiyə
  • Estoniya Estoniya: 24 + 12 (2026-cı ilə qədər təhvil verilləcək[8])

Potensial istifadəçilər

[redaktə | mənbəni redaktə et]
  • Norveç Norveç: Norveçin hazırda silahlanmada olan M109-ları K-9 haubitsaları ilə əvəz edəcəyi gözlənilir.
  1. Pike, John. "K9 155mm self-propelled howitzer". 2007-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
  2. "India's Newest Gun: Fast and Deadly". The Diplomat. 2015-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.
  3. "Maavoimien tykistökaluston uusiminen etenee". 2016-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
  4. Per Erlien Dalløkken. "Hæren ligger an til å få koreanske kanoner" (Norwegian). tu.no. August 24, 2016. January 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 13, 2017.
  5. Suomi hankkii 48 käytettyä panssarihaupitsia Etelä-Koreasta Arxivləşdirilib 2017-02-17 at the Wayback Machine iltasanomat.fi, February 17 2017.
  6. "K9 selected for Indian Army SPH requirement – IHS Jane's 360". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
  7. Samsung Techwin signs deal for delivering 120 K9 Thunder self-propelled howitzers to Poland Arxivləşdirilib 2014-12-18 at Archive.today armyrecognition.com, December 17, 2014.
  8. BNS. "Estonia buys 12 more K9 Thunders from South Korea for €36 million". Estonian World (ingilis). 2023-01-14. 2023-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]