Ka-50

Kamov Ka-50, (NATO kod adı: Hokum A)- Rusiya tərəfindən istehsal edilən, tək pilotlu, əks istiqamətdə fırlanan iki pərvanəli (kontra-rotor), anti-tank döyüş helikopteridir. Qara köpəkbalığı da adlandırılır.

Ka-50 “Qara köpəkbalığı”
Ka-52 “Alliqator”
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Kamov Ka-50
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Kamov Ka-50
Tipi Döyüş helikopteri
Hazırlayan Kamov
İstehsalçı SSRİ SSRİ / Rusiya Rusiya
İlk uçuş Ka-50: 17 iyun 1982-ci il[1]
Ka-52: 25 iyun 1997-ci il[2]
İstismara verilmə tarixi 28 avqust 1995-ci il
Status İstismarı davam edir
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
Misir Hərbi Hava Qüvvələri
İstehsal ili 1990-davam edir
Buraxılış sayı Ka-50: 32 ədəd[3]
Ka-52: 90+[4]
Vahidinin qiyməti 16 milyon $ (2011-ci ilin mayına əsasən)
Baza modeli Kamov V-80
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstehsalçı tərəfindən yan-yana oturacaqlı, iki pilotlu Kamov Ka-52 “Alligator” (NATO kod adı: Hokum B) variantı istehsal edilmişdir. Həmçinin, Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış Ka 50-2 Erdogan adlı bir versiyası da mövcuddur.

Əməliyyat tarixi

[redaktə | mənbəni redaktə et]

İkinci çeçen müharibəsi

[redaktə | mənbəni redaktə et]

Rusiya Ordusuna məxsus Ka-50 döyüş helikopterləri ilk dəfə Çeçenistan ərazisində İkinci çeçen müharibəsi zamanı istifadə olunmuşdur. 6 yanvar 2001-ci il tarixində Ka-50 ilk döyüş uçuşunu həyata keçirmişdir. 9 yanvar tarixində dağlıq ərazi olan Komsomolskaya yaşayış məntəqəsində yerləşən çeçenlərə məxsus silah anbarını dəqiq atəşlə məhv etmişdir. 6 fevralda Ka-50 və Ka-29 helikopterlərindən ibarət zərbə qrupu Tsentoroy kəndinin cənub istiqamətində meşəlik ərazidə yerləşən düşərgəni məhv etmişdir. Çətin şərait olmasına baxmayaraq, pilotlar səkkiz hədəfi aşkarlamış və onları məhv etməyi bacarmışdır.[5]

Suriya vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

Müxtəlif mənbələrin məlumatına görə Ka-52-lər müharibə ərzində Rusiya Silahlı Qüvvələrinin Əl-Laziqiyyə şəhərində yerləşən hərbi bazasını müdafiə etmək, axtarış və xilasetmə helikopterlərinin təhlükəsizliyini təmin etmək və Rusiya xüsusi təyinatlılarının döyüş əməliyyatlarına dəstək vermək məqsədləri ilə istifadə olunmuşdur.[6] Bu hücum helikopterləri ilk dəfə 2016-cı il aprel ayının əvvəllərində Əl-Karyatayn şəhəri yaxınlığında görüntülənmişdir.[7][8] Rusiya HHQ-nə məxsus Ka-52 helikopterləri 2017-ci ilin yanvar ayında başlayan Palmira əməliyyatı zamanı[9] və 12 avqust 2017-ci il tarixində Suriya hərbçilərinin desant əməliyyatı ərzində kəşfiyyat-zərbə funksiyasını yerinə yetirmişdir.[10]

  • Kamov V-80: Prototip variantı.
  • Kamov Ka-50: Tək oturacaqlı variant.
  • Kamov Ka-50N: Gecə döyüşmək imkanına malik variant.
  • Kamov Ka-50-2 “Erdogan”: Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış iki oturacaqlı variant.
  • Kamov Ka-52 “Alliqator”: Yan-yana quraşdırılmış iki oturacaqlı variant.
  • Kamov Ka-52 “Katran”: Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış variant. Kh-35 gəmi əleyhinə raketdən istifadə etmək imkanına malikdir.

İstifadəçiləri

[redaktə | mənbəni redaktə et]
Ka-50 və Ka-52 istifadəçiləri
Əlcəzair Əlcəzair
Misir Misir
  • Misir Hərbi Hava Qüvvələri: 46 ədəd Ka-52 sifariş verilmişdir. 2017-ci ilin avqust ayına olan məlumata əsasən sifariş olunan helikopterlərin 6-sı silahlanmaya qəbul olunub.[12][13]
Rusiya Rusiya

Taktiki-texniki xüsusiyyətləri (Ka-50)

[redaktə | mənbəni redaktə et]

Ümumi göstəriciləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 1
  • Uzunluğu: 16 m
  • Rotorun diametri: 14.5 m
  • Hündürlüyü: 4.93 m
  • Boş çəki: 7,700 kq
  • Yüklü çəki: 9,800 kq
  • Maksimum qalxma ağırlığı: 10,800 kq
  • Güc təminatçısı: 2 × Klimov VK-2500 mühərrik

Uçuş göstəriciləri

[redaktə | mənbəni redaktə et]
  • Maksimum sürət: 315 km/s
  • Kruis sürət: 270 km/s
  • Birbaşa məsafə: 545 km
  • Döyüş radiusu: 470 km
  • Xidmət yüksəkliyi: 5,500 m
  • Yüksəkliyə qalxma sürəti: 12 m/s
  • Güc/çəki nisbəti: 0.33 kVt/kq
  1. "Ка-50". narod.ru (rus). 2018-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-21.
  2. "Ка-52". narod.ru (rus). 2018-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-21.
  3. "The single-seat Ka-50/Hokum attack helicopter (1995)" Arxivləşdirilib 2014-02-02 at the Wayback Machine, militaryfactory.com
  4. 1 2 "Arxivlənmiş surət". 2017-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-21.
  5. Ка-50 «Черная акула», боевой вертолет Arxivləşdirilib 2012-10-18 at the Wayback Machine // ОРУЖИЕ РОССИИ
  6. Axe, David. "Russia's Secret Weapon of the ISIS War". The Daily Beast. 2016-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2018.
  7. Sputnik. "Enter the Ka-52: Russian 'Alligators' Ripping Daesh Apart in Syria". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-18.
  8. RT. "Probably first-ever filmed combat use of Russian-made Ka-52 Alligator helicopter, operating in Syria". 6 aprel 2016. 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-18 – YouTube vasitəsilə.
  9. "Russia's advanced attack helicopters prove high efficiency in Palmyra fighting — general". 2017-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-18.
  10. "Arxivlənmiş surət". 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-18.
  11. "Arxivlənmiş surət". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-17.
  12. "Ka-52 döyüş helikopterlərinin Misirə təhvil verilməsi 2017-ci ildə başlanacaq". DefenceTalk. 21 iyul 2017. 2017-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  13. "First three Ka-52 Alligator helicopters delivered to Egypt — source". TASS. 18 iyul 2017. 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2018.
  14. "World Air Forces 2016". FlightGlobal (English). 2019-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]