Kabildə təcili tibbi yardım maşınının partladılması (2018) — 2018-ci ilin yanvarın 27-də Əfqanıstanın Kabildəki Sidarat Meydanı yaxınlığında təcili tibbi yardım maşını partlayıcı qurğu kimi istifadə olundu. Hücumda ən az 103 adam öldü, 235 nəfər isə yaralandı. Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürdü.[1][2]
2018-ci ildə Kabildə təcili tibbi yardım maşınının partladılması | |
---|---|
Əfqanıstan, Kabil, “Chicken street” | |
Hücum yeri |
Kabil 34°31′37″ şm. e. 69°10′09″ ş. u.HGYO |
Vaxt |
27 yanvar 2018 |
Hücum üsulu | Maşına yerləşdirilən partlayıcı qurğu |
Silah | bomba |
Həlak olanlar | 103 |
Yaralılar | 235 |
Terrorçu sayı | 1 |
Təşkilatçılar | Taliban |
2018-ci ilin yanvarın 27-də terrorçular gur saatlarında Kabildəki Daxili İşlər Nazirliyi binasının yaxınlığında yerləşən, güclü mühafizə olunan küçəsində partlayıcı maddələrlə dolu təcili tibbi yardım maşınını partlatdılar.[1][3] Terrorçular bombaları Avropa İttifaqı konsulluğu, o cümlədən Kabilin səfirlikləri və hökumət binaları yaxınlığında yerləşən növbətdi yoxlama məntəqəsinə keçərkən partladıblar. Partlayış o qədər güclü olub ki, paytaxt yaxınlığında da hiss olunub və dərhal ətraf mühit məhv olub.[4] Jurnalistlər Xəstəxanası, dövlət idarələri, iş yerləri və məktəblər partlayışdan sonra bağlanıb.[5] Bu Cəlalabad və Kabildə “İnter-Continental” mehmanxanasındakı yardım agentliyi çəkilişləri sonrası 7 gün içində olan ən böyük terror idi.[6]
Rəsmi şəxslərin bəyanatlarına görə, bomba təcili yardım maşınında gizlədilib və ikinci polis məntəqəsində partladılıb.[7] Həmçinin yaxınlıqda yerləşən nəqliyyat vasitələri, mağazalar və binalar dağılıb.[8][9]
Partlayış Daxili İşlər Nazirliyinin idarə etdiyi bir bina yaxınlığında, yerli “Chicken street” kimi tanınan küçədə meydana gəlib. Müxtəlif dövlət qurumlarında, idarələrdə sərhəd-keçid təhlükəsizlik məntəqələri var idi. Travmatologiya mərkəzi kimi fəaliyyət göstərən İtalyan qrupunun Fövqəladə yardım üzrə koordinatoru bu hadisəni "kütləvi qırğın" kimi xarakterizə edib. Məlumatlara görə, onlar nəqliyyat vasitəsində xəstə olduğunu iddia edərək birinci keçidi keçdikdən sonra ikinci nəzarət-buraxılış məntəqəsində dayandırılıblar. Polis dayanmadan gedən nəqliyyat vasitəsini dayandırmağa cəhd edərkən sürücü bombanı partladıb.[1]
Taliban terrora görə məsuliyyəti öz üzərinə götürüb.[1] Əfqanıstan hökuməti bunu insanlığa qarşı cinayət olaraq təsvir edib və Pakistanı təcavüzkarlara dəstək verməsinə görə günahlandırıb. Pakistan isə Əfqanıstanda hücumları həyata keçirən terroristlərə dəstək verdiyini təkzib edib.[10]
Ən az 103 adam ölüb, 235 nəfər yaralanıb.[4]
Bir həftə ərzində Əfqanıstanda üçüncü böyük hücumda prezident Əşrəf Qani yenidən Pakistanı Taliban terroristlərinə qarşı çıxmadığına görə günahlandırıb.[11] Qani cavab olaraq Taliblərə qarşı qisas vəd edib. Əlavə olaraq, Qani Əfqanıstan kəşfiyyat heyətini Pakistana göndərib, bombalı terroristlərin Pakistan daxilində hücum planladığını sübut edən “danılmaz” faktlar əldə etdi.[12] Prezident nümayəndəsi Taliban "sülh danışıqları üçün fürsəti itirdi" dedi və artan hücumlara görə Talibanla sülh danışıqları nəticəsiz qaldı.[13] Bomba çatdırılması üçün təcili yardımın istifadəsi Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən qəddar hərəkət kimi təsvir edilmişdir.[14]