Kadoş burnu[1] — Qara dəniz sahillərində, Tuapse yaxılığında yerləşən burun. Burun Aqoy kəndi ilə Tuuapse şəhəri arasında yerləşir. Kadoş burnu yaxınlığında Kiselyov qayası vardır. Milyon il əvvəl tektonik hərəkətlər sayəsində okean dibinin qalxması ilə meydana gəlmişdir. Burun ərazisində qədim insanın izlərinə və əmək aləıtlərinə rastlanılmışdır. Qədim insan məskəninin yaşı 335 min il olaraq qiymətləndirilir.
Kadoş burnu | |
---|---|
Yerləşməsi | |
44°06′00″ şm. e. 39°02′10″ ş. u.HGYO | |
Akvatoriya | Qara dəniz |
Ölkə | Rusiya |
|
Kadoş burnu birtki örtüyü ilə zəngindir. Burada müxtəlif növ quş, ilan və həşaratlara rastlamaq mümlkündür.