Kafedral meydanı (Vilnüs)

Vrublevskö küçəsindən baxış nöqtəsindən Kafedral meydanı

Kafedral meydanı (lit. Katedros aikštė) — Vilnüsün Əski şəhərinin baş meydanı. Sovet dövründə Gedimin meydanı adını daşıyırdı. Meydan Gediminas təpəsinin dibində yerləşir.[1]

Böyük Yekaterinaya abidə

Kafedral meydanının yeri yazılı mənbələrdə ən erkən qeyd olunmuş Vilnüsün yerlərindən biridir. Xronikalarda və əfsanələrdə onun adı Şventaragis vadisi kimi keçir.[2] Dəmir qurd haqqında əfsanəyə görə, Böyük Knyaz Gediminas öz röyasında Şvenrargis vadisində dəmir qurdu görüb. Röyasındaki dəmir qurdun mənası onun bu yerdə yenilə bilməyən qalanı tikməyə çağırış olduğunu izah edilib. Və 1323-cü ildə Vilnüs şəhərinin əsası bu yerdə qoyulub.

Şventaragis vadisində və onun yanındaki Gediminas təpəsində hərəsində bir saray tikilib. XIV əsrin birinci il yarımında təpənin üstündə tikilən Yuxarı saray (lit. Aukštutinė pilis) XVI əsrdə öz hərbi mənasını itirib, nəciblər üçün türməyə çevirilmişdi. Knyaz isə vadisdəki Aşağı saraya (lit. Žemutinė pilis) göçmüş.[3]

50 litdə meydanın təsviri. Nömrələrlə göstərilib: 1. Vilnüs Kafedralı 2. Kafedralın Zınqırov qalası 3. Gediminas qalası (Yuxarı sarayın müdafiə qalası) 4. Üç Xaç təpəsi 5. Böyük Kyaz Gediminasın abidəsi 6. Aşağı sarayın yeri (saray bərpa işlərini keçdiyinə görə, indiki görünüşü fərqli ola bilər)

Keçmişdə müdafiə qalası olan, şəhərin sərhədi genişləməsi ilə isə məqsədini dəyişən Zınqırov qalası Vilnüsun ən qədim binalarından biridir. O, Kafedral kompleksinin hissəsi sayılır.[4]

Litvanın böyük hersoqlarının sarayı və ya Aşqağı saray yenidən bərpa işlərini keçib. Hazırda onun arsenalında Litva Milli Muzeyi yerləşir.[1]

Möcüzə daşı

Meydanın plitələri arasında möcüzə daşı adlı bir plitə var. Onun üstündə stebuklas (lit. möcüzə) sözü yazılıb. O, 1989-cu ildə baş tutan Baltik yolunun son nöqtəsini göstərir. Deyilir ki, onu köməksiz, öz başına tapıb, tez saat əqrəbi istiqamətində fırlanaraq arzu diləmək olar.[5]

  1. 1 2 "Old Town of Vilnius (Senamiestis)". 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
  2. "The Cathedral Square" (ingilis). 2004-03-30 tarixində arxivləşdirilib.
  3. "Кафедральная площадь и гора Гедимина". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  4. "Vilnius Cathedral Bell Tower". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
  5. "Vilnius with Kaunas By Howard Jarvis, Neil Taylor". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.