Kafkas İlköğretim Okulu

Kafkas İlköğretim OkuluAzərbaycanda yaşayan Türkiyə vətəndaşlarının uşaqları üçün təhsil müəssisəsi.

Məktəb Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının uşaqlarının təhsilə olan ehtiyacını ödəmək məqsədilə 1996-cı ildə “Qafqaz” Universitetinin nəzdində açılmış, sonra böyüyərək Türkiyə Cumhuriyyəti Xalq Təhsil Nazirliyinin Azərbaycanda müstəqil məktəbi statusunu qazanmış və müvafiq qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə də razılaşdırılmışdır. İndi burada iki qardaş ölkənin zəngin milli-tarixiənənəvi dəyərləri və pedaqoji təcrübəsi birləşərək gül bağcasına yeni rayihə yayır.

İlk tədris ilində sadəcə bir sinifdə tədrisə başlamış məktəb zaman kecdikcə siniflərin və şagirdlərin sayı baxımından fəaliyyətini daha da genişləndirmişdir. 20062007-ci tədris ilindən etibarən isə məktəb təsisci şirkətin vəsaiti hesabına inşa edilmiş, müasir maddi-texniki baza ilə təchiz olunmuş müstəqil binada yerləşir. Məktəb müasir təlim metodlarını tətbiq etməklə yanaşı şagirdlərin dünyagörüşünü genişləndirmək, həyati bacarıqlara yiyələnmələri üçün bütün səy və imkanlarından istifadə edir. Məktəblilər həm tədris prosesində həm də məktəbdənkənar tədbirlərdə fəal iştirak edirlər.

Məktəblə ailə, məktəblə ictimaiyyat arasında qurulan sıx əlaqə təlimin müasir tələblər səviyyəsində qurulmasına böyük imkan verir. Bunun nəticəsidir ki, məktəbdə mənimsəmə faizi ən yüksək səviyyədədir.

2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Kafkas İlköğretim Okulu bağlanıb.

Mənbə[redaktə | mənbəni redaktə et]