Kalba Musa (1856, Naxçıvan – 1924, Göyçay) – Azərbaycan xeyriyyəçisi. 1901–1909-cu illər arasında hələ də şəhər sakinləri tərəfindən istifadə olunan su quyularını xeyriyyə məqsədilə qazdırıb şəhərin su təminatını yaxşılaşdırmışdır[1].
Kalba Musa | |
---|---|
Musa İsmayıl oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan şəhəri |
Vəfat tarixi | |
Vəfat yeri | Naxçıvan |
Vəfat səbəbi | represiya |
Dəfn yeri | Naxçıvan |
Həyat yoldaşı | Tutubəyim Qədimqızı |
Uşaqları | Reza, Məşəyusif, İbrahim (Aquş), Növruz, Sakinə, Sürə, Hüsein, Həsən |
Atası | Məşəİsmayıl |
Milliyyəti | Azərbaycan türkü |
Dini | islam |
Təhsili | yoxdur |
Fəaliyyəti | Xeyriyyəçi |
Kalba Musa XIX əsrin sonlarında ailəsi və qohumlarının köməyi ilə icarəyə götürdüyü torpaqlarda təsərrüfat yaradaraq tezliklə varlanmış, xeyriyyəçiliklə məşğul olmuşdur. Sudan qıtlıq çəkən Naxçıvana "Kabla Musa çeşməsi" adlı məşhur bulağı çəkdirmişdir[2]. Kabla Musa bu məqsədlə 1901-ci ildə Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130–140 quyu qazılmalıdır. Dərinliyi 30–35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60–80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir. Külli vəsait hesabına görülən bu iş 8 ilə başa çatmış, 1909-cu ildə çeşmənin gözü açılmışdır[3]. Çeşmənin axarında dəyirman da tikdirmişdir. Ancaq Kalba Musanın bu xeyirxah işə başı qarışıq olanda, ermənilər 1905-ci ildə onun evini gecəykən yandırırlar. Lakin o, evi də bərpa etdirir. Özü savadsız olsa da, elm və təhsilə yüksək qiymət vermişdir. Oğullarından biri Hüseyin çar ordusunda zabit, ikinci oğlu Novruz isə M. Lomonosov adına Moskva Universitetində təhsil almışdır.
Lakin 1920-ci ildə Azərbaycanda şura hökuməti qurulduqdan sonra bolşeviklərin hər bir yaşayış məntəqəsində ən nüfuzlu, işgüzar, xalqın qaymağı sayılan övladlarını aradan götürmək siyasəti Kalba Musadan da yan keçmir. Onu qolçomaq, varlı, kəlbalayı, dindar deyə, sinfi düşmən kimi qələmə verirlər və onun torpaqları, tövlələri, mal-qarası, var-dövləti əlindən alındı, özü isə "quruluşa zidd" adam adlandırıldı. Bütün haqsızlıqlara dözməyən Kərbalayı Musa yaşının ahıl vaxtlarında iflic xəstəliyinə tutuldu və 73 yaşında vəfat edir. O Naxçıvan şəhərində el-oba adəti ilə camaatın təntənəsi ilə dəfn edirlər. Kabla Musanın oğlu 1918-ci ildə Naxçıvan əhalisini ermənilərin qırqından xilas eləmək üçün bələdçilik edib Araz çayından Naxçıvana Türk ordusunun Kazım Qarabəkir Paşanın alaylarını gətirdiyinə görə 1942-ci ildə güvənilməz vətəndaş kimi Göyçayın Potu kəndinə ailəlikçə sürgün olunmuşdur. 1953-cü ildə Kabla Musanın oğlu Musayev Həsən Musa oğlu vəfat edir və Potu kəndində dəfn edilir.