Kalmarsund boğazı

Kalmarsund boğazı (isv. Kalmarsund) - İsveçə məxsus Eland adasını Skandinaviya yarımadasından ayırır. Uzunluğu 130 km, eni 5 – 25 km təşkil edir. 1972-ci ildə boğazın üzərində Eland körpüsü inşa edilmişdir. Materik ilə ada arasında körpü hər iki tərəfin avtomagistral xətlərini birləşdirir. Bölgədə ekoloji vəziyyət gərgindir. Belə ki, kənd təsərrüfatında istifadə edilən azot və fosfor gübrələri buna yol açır. Ərazi Şimali Avropada ən qədim yaşayış məskənləri məhz burada yerləşir.

Kalmarsund
isv. Kalmarsund
Ümumi məlumatlar
Eni minimum 5-25 km
Uzunluğu 130 km
Yerləşməsi
56°42′00″ şm. e. 16°27′00″ ş. u.HGYO
Ölkə  İsveç
Akvatoriyası
Ayırır Eland adasını Skandinaviya yarımadasından
Kalmarsund xəritədə
Kalmarsund
Kalmarsund
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar