Kaluqa - müasir Rusiyada şəhər, eyniadlı vilayət mərkəzi. Kaluqa Oka çayının dik sahilində salınmışdır.
Kaluqa | |||||
---|---|---|---|---|---|
Калуга | |||||
|
|||||
54°32′ şm. e. 36°16′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
İlk məlumat | 1371 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 190 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 4842 | ||||
Poçt indeksi | 248000–248999[3] | ||||
Digər | |||||
kaluga-gov.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Kaluqa sözünü müəyyən mənada qala mənasını verən kaluqa "qala qapısı" mənası ilə bağlayırlar. Kaluqa sözü türk-monqol mənşəlidir; xalqa~kalqa~kalqan~kaluqan~kaluqa "darvaza, alaqapı", "giriş-çıxış qapısı" (zastava) deməkdir. Görünür, bu yerdə keçmişdə tatar zastavası "giriş-çıxış qapısı" yerləşirdi [4] Bununla yanaşı kalqa, kaluqa əski türkcə vəliəhd, monqol-tatarlarda titul, şahın (xanın) böyük oğluna verilən "kalqa" titulu ilə bağlı da ola bilməsi ehtimalını da nəzərə almaq lazımdır.
Məşhur türk əsilli soylardan olan rus familiyası Kaluginlər zadəgan nəsli bu torpaqla bağlı ailə olmuşdur. Hələ inqilaba qədər bu ailənin Kaluqada mülk torpaqları var idi. Hazırda Kaluqa Rusiyanın ən iri müasir sənaye mərkəzidir.[5]
IX əsrə aid (859-cu il) sənədlərdən xəzərlərin burada hakim olduqları məlumdur. 1117-ci ildə isə Vladimir Monomaxın Kaluqaya hərbi yürüşü göstərilir. Kaluqanın salınma tarixi məlum deyil. XIV əsrdən ondan tez-tez bəhs edilir. Kaluqa adına ilk dəfə Litva knyazı Olgerdin 1371-ci ilə aid fərmanında rast gəlinir.[6] Bundan sonra rus tarixi qaynaqlarında, məsələn, 1389-cu ilə aid sənəddə Dmitri Donskoyun oğlu knyaz Andreyə vəsiyyətində adı çəkilir.[7] Adətən elə bu vaxtı da Kaluqanın tarixinin başlanğıcı hesab edirlər (1971-ci ildə şəhərin 600 illiyi qeyd olunub). Əslində Kaluqa torpaqları qədim yaşayış məskənlərindən sayılır. Bir neçə min il bundan əvvəl ilk sakinlər burada görünmüşlər. Bunları ilk insan düşərgələri, kurqanlar, məzarlıqlar, əski şəhər yerləri, qədim məntəqə qalıqları sübut edir.
Şəhərin hərbi funksiya oynadığı tarix Qızıl Orda dövründən başlayır. Çox güman ki, Kaluqa səlibçilərə qarşı möhkəm əleyhdar olan Qızıl Ordalıların litvalılardan qorunmaq üçün saldığı şəhərdir. Qızıl Orda xanı Axmat xan elə burada III İvanla üz-üzə gəlmiş, 1480-ci il 11 noyabrda xan Kaluqanı buraxıb Oka sahillərindən çəkilərək Aşağı Volqaya üz tutmuşdu. 1500-cü ildə Litva ilə açıq müharibəyə girən Moskva barışıqdan sonra 1503-cü ildə Kaluqaya sahib oldu [8]. IV İvan gələrkən Kaluqanı ortancıl oğlu Simeona vəsiyyət etdi. Onun ölümündən sonra isə 1518-ci ildə Kaluqa qardaşı III Vasiliyə keçdi. Bununla Kaluqa Moskva dövlətinə qatıldı.
Kaluqa sərhəd qalası kimi XVI əsrdə Tula-Kaluqa xəttində yer aldı. Moskva sərhədlərini qoruyan Kaluqa vilayət şəhərləri olan Kozelsk, Peremışl, Meşov, Serpey(sk), Mosol(sk), Tarusa, Vorotınsk, Kremenets, Medın da möhkəm qalalara çevrildilər.
IV İvan Vasilyeviç də Kaluqaya Krım və Noqay ordalarına qarşı möhkəm sərhəd qalası kimi mühüm əhəmiyyət verirdi. Kaluqa torpağında ilk monastır və kilsələr də XVI əsrdən tikilməyə başlamışdır. Uzun müddət Moskva dövlətinin cənub-qərb hüdudunda sərhəd qalası kimi qalmaqda idi. 1619-cu ildə Kaluqanı hetman Saqaydaçın ələ keçirmişdi. Kaluqa 1607-ci ildə İvan Bolotnikovun başçılığı altında üsyanın mərkəzi olmuşdur.
Şəhərdə memarlıq abidələri sayıla biləcək binalar-məbədlər yalnız XVII əsrdən salınmağa başlamışdır. Kaluqanın Rus dövləti üçün necə bir əhəmiyyət kəsb etdiyini vaxtilə Moskvadan Kaluqaya uzanan böyük yol sübut edir. Hazırda Moskvadakı Kaluqa adı ilə bağlı küçə, döngə, keçid adları həmin qədim yoldan qalan xatirələrdir.
Rusiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |