Kamçatka çayı[1] (rus. Камчатка) — Rusiyanın Uzaq Şərq regionunda, Kamçatka yarımadasından axan çay. Çay Sakit okeanına daxil olan Kamçatski körfəzinə tökülür. Çayın bəzi hissələri gəmiçilik üçün yararlıdır. Çay boyunca Milkovo, Klyuçi və Ust-Kamçatsk yaşayış məntəqələri yerləşir.
Kamçatka çayı | |
---|---|
rus. Камчатка | |
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 988 m |
Mənsəbi | Kamçatski yarımadası |
Uzunluğu | 758 km |
Su sərfi | 924 m³/s |
Hövzəsinin sahəsi | 55900 km² |
|
|
DSR[ru] | 19070000112120000012690 |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın uzunluğu 758 km, hövzənin sahəsi 55.900 km², orta hövzənin hündürlüyü dəniz səviyyəsindən 560 metr yüksəkdir. Çayın ümumi düşməsi 1200 m, orta mailliyi 1,58 ‰ -dir[2]. Başlanğıcını yarımadanın mərkəzi hissəsindəki dağlardan götürür və Pravaya çayı ilə birləşmədən əvvəl Ozernaya Kamçatka adlanır. İki çayın birləşməsindən başlayaraq mənsəbə qədər sahil boyunca Petropavlovsk-Kamchatsk—Ust-Kamchatsk avtomobil yolu keçir
Üst hissədə çox sayda astana vardır. Orta axarda çay Mərkəzi Kamçatka ovalığına çatır və düzənlik xarakterini alır. Kamçatka çayının bu hissəsə çox dolama forması alır. Bəzi yerlərdə qollara bölünür. Aşağı axınlarda çay Klyuçevskaya Sopka massivini dolanaraq şərqə dönür və aşağıda Kumroç silsiləsinə çatır.
Ağzında çay qum və çınqıl yığınlarından ibarərət olan adacıqların arası ilə axaraq bir deltanı əmələ gətirir. Deltanın konfiqurasiyası daim dəyişir. Kamçatka çayının okeana birləşdiyi yerdə, Nerpiçye gölündən axan Ozernaya çayı ilə birləşirr. Deltanın şimalındakı yarımadaya da çayın adı verilib.
Çay hövzəsində ümumi uzunluğu 30 352 km olan 7707 kiçik çay vardır. Onların əksəriyyətinin uzunluğu 10 km-dən azdır. Kamçatka çayının qollarının böyük əksəriyyəti qızılbalıq və bəzi digər balıq növləri üçün kürü tökmə sahələridir. Ən böyük qolları: Kensol, Andrianovka, Jupanka, Kozırevka, Kreruk, Elovka (sol qollar); Kaviça, Kitilqin, Levaya Vaxvina, Urs (sağ qollar). Bunlardan ən əhəmiyyətlisi Elovka çayıdır.
Kamçatka çayının bəzi qolları olduqca uzun və Su Kadastrında çaylar hesab olunur, məsələn: uzunluğu 30 km olan Protoka Kamenskaya.
Ust-Kamchatsk, Milkovo, Nijnekamchatsk şəhəri (1968-ci ildə yoxa çıxan şəhər), Kraxca (1974-cü ildə ləğv edildi), Krestı kəndi (İkinci Dünya müharibəsindən sonra boş idi), Berezonı Yar və Çyornı Yar.
Çay balıqla zəngindir, bir çox dəyərli qızılbalıq növləri, o cümlədən çavıça qızılbalığı üçün kürü tökmə yeridir. Buna görə çayfda sənaye və həvəskar balıqçılıq davam edir. Buraya köçürülmüş Gümüşü daban balıq, Amur sazanı kimi növlərə ratlamaq mümkündür. Çay tez-tez turistlər tərəfindən Ust-Kamçatskdan su səfərləri üçün istifadə olunur.
Çay vadisi boyunca Kamçatka yarımadasında ən çox geniş yayılmış iynəyarpaqlı meşələr vardır. Burada Larix ochotensis və Picea ajanensis kövləri yayılmışdır.