Kamal İbrahimov

Kamal İbrahimov (29 noyabr 1973, Bakı, Azərbaycan SSR, SSRİ) — "Baku Steel Company" QSC-nin Baş direktoru və "Qala Həyat Sığorta" ASC və "Qala Sığorta" şirkətlərinin Direktorlar Şurasının sədri, iqtisad elmləri namizədi.[1]

Kamal İbrahimov
Kamal Mirsahib oğlu İbrahimov
Doğum tarixi (50 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Respublikası
Milliyyəti Azərbaycanlı
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyət illəri 1995- davam edir

Kamal İbrahimov 29 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olub. Atası İbrahimov Mirsahib, anası isə Səadət Qəndilovadır.[2] Ailəlidir, üç övladı var.

1980–1990-cı illərdə Bakı şəhəri, 134 saylı orta məktəbdə təhsil alıb və təhsilini gümüş medalla başa vurub. 1990–1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İstehsalın iqtisadiyyatı və idarə edilməsi" fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1995–1999-cu illərdə ADİU-da aspirantura pilləsi üzrə təhsil alıb, 2000-ci ildə dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlib. 2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasında elmlər doktoru proqramı üzrə doktorantura təhsili alıb.[3]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1995 −1997 — illərdə Bakı şəhəri, Yasamal rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi vəzifəsində çalışıb.

1997–2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin İri Vergi Ödəyiciləri ilə İş üzrə İdarəsində dövlət vergi müfəttişi, daha sonra böyük dövlət vergi müfəttişi vəzifələrində işləyib. 2000-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İri vergi Ödəyiciləri və Xüsusi Vergi Rejimli Müəssisələrlə İş üzrə Baş İdarənin Vergiyə cəlbetmə şöbəsinin böyük dövlət vergi müfəttişi olub.

2000–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qiymətli kağızlarla əməliyyatların tənzimlənməsi və nəzarəti şöbəsinin, daha sonra Hüquq departamentinin rəisi vəzifələrində çalışıb.

2003–2014-cü illərdə ASC "Standard İnsurance" Sığorta Şirkətinin İdarə Heyətinin sədri olub. 2006–2008-ci illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərib.[4][5] 2011–2014-cü illərdə İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri olub.

2014–2016-cı il ASC "Standard Insurance" Sığorta Şirkətinin Direktorlar Şurasının sədri və QSC "Bank Standard" Kommersiya Bankının Müşahidə Şurasının sədri kimi çalışıb.[6]

2016-cı ildən etibarən "Qala Həyat Sığorta" ASC və "Qala Sığorta" ASC-nin Direktorlar Şurasının sədri kimi fəaliyyət göstərir.[7]

2021-ci ildən həm də "Baku Steel Company" QSC-nin Baş direktorudur.[8][9][10]

  1. ""Baku Steel Company"nin baş direktoru vəzifəsinə təyin edilib". marja.az. 2021. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 İyun 2022.
  2. "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2011-ci il tarixli Sərəncamı" (az.). president.az. 26 sentyabr 2011, 18:40. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
  3. UNEC. "Graduated Students". unec.edu.az. 2020. 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2022.
  4. ""Conduction of international insurance forum in Baku proves interest of investors in our insurance market"". www.today.az. 2008. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 İyun 2022.
  5. "I Azərbaycan Beynəlxalq Sığorta Forumu sığorta bazarını dəyişəcək - Sığorta Assosiasiyası idarə heyətinin sədri Kamal İbrahimov". az.trend.az. 2008. 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 İyun 2022.
  6. "Azərbaycan Sığortaçılar Assosiasiyası hər il Beynəlxalq Sığorta Forumu keçirməyi planlaşdırır– İdarə Heyətinin sədri". az.trend.az. 2008. 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 İyun 2022.
  7. ""Qala"ların rəhbərinə vəzifə verildi - TƏYİNAT". fed.az. 9 fevral 2021. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2022.
  8. "Management". www.bakusteel.com. 2021. 2021-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 İyun 2022.
  9. ""Baku Steel Company" 140-dan artıq müharibə iştirakçısına xatirə hədiyyələri təqdim edib". report.az. 6 noyabr 2021. 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2022.
  10. ""Baku Steel Company" 140-dan çox müharibə iştirakçısına xatirə hədiyyələri təqdim edib". oxu.az. 6 noyabr 2022. 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2022.