Kamal Almuradlı

Almuradlı Kamal Rövşən oğlu (11 oktyabr 1984, Sumqayıt) — media mütəxəssisi.

Kamal Almuradlı
Kamal Rövşən oğlu Almuradlı
Doğum tarixi (38 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Rövşən Almuradlı
Fəaliyyəti media mütəxəssisi

Həyatı[redaktə | mənbəni redaktə et]

Kamal Almuradlı 1984-cü il 11 oktyabrda Sumqayıt şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Ticarətin iqtisadiyyatı və idarə olunması" fakultəsinə daxil olmuş 2005-ci ildə bitirmişdir.

2007-ci ldə "Beynəlxalq Kino Məktəbi"nin kinoprodüser fakultəsinə daxil olmuşdur. 2006-cı ildən "Bizim Kino" prodüser mərkəzində fəaliyyət göstərib. 2008-ci ildən Aztv-də "Səhər" misiqi informasiya proqramında rejissor kimi fəaliyyət göstərib. 2009–2011 Radio Mor online radioda aparıcı, 2012–2015 "Lider" tv "Tap dostum", "Şou Rəhimli" verlişlərində rejissor, "Lift" realiti şousunda 2-ci rejissor, 2016–2017-ci illərdə "Arb-24" kanalının baş rejissoru, 2018–2019-cu illərdə Qərb Kaspi Universitetində Media Mərkəzinin rəhbəri kimi işləyib. 2012-ci ildə xeberle.com regional xəbər saytının yaradıcılarından biri olub.[1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Rejissor Rövşən Almuradlının oğludur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sumqayıtlı gəncə "ARB 24" telekanalında mühüm vəzifə verildi". 2016-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-21.