Kamal Adil oğlu Cabbarov (1967–1992) — Azərbaycanlı şəhid.
Kamal Cabbarov | |
---|---|
Kamal Adil oğlu Cabbarov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Basarkeçər rayonunun Kəsəmən kəndi |
Vəfat tarixi | |
Vəfat yeri | Gədəbəy |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Gədəbəy rayonu |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Rütbə | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Cabbarov Kamal Adil oğlu 1967-ci il iyun ayının 13-də Göyçə mahalının Kəsəmən kəndində müəllim ailəsində dünyaya göz açıb. Atası Adil Cabbarov Böyük Vətən müharibəsi iştirakçısı olub, müharibədən sonra bütün ömrünü Kəsəmən kənd şagirdlərinin təhsilinə həsr etmişdir və 1978-ci ildə doğulduğu kənddə vəfat etmişdir.
Anası Cabbarova Məryəm Haqverdi qızı uzun müddət kolxozda işləmiş, sonra doğma elindən didərgin düşərək Gədəbəy rayonunun Novo Saratova kəndində məskunlaşmış və 2003-cü ildə vəfat etmişdir.
1985-ci ildə hərbi xidmətə çağırılan Kamal Moskva şəhərinin Novo Fominski rayonu Selyatino qəsəbəsi 55241 saylı hərbi hissədə xidməti borcunu yerinə yetirib 1987-ci ildə doğma elinə qayıdır və orada yaşamağa davam edir.
1988-ci ildə erməni daşnaklarının apardığı siyasət nəticəsində doğma yurdundan didərgin salınır və qonşu Gədəbəy rayonunun Novo Saratovka kəndində məskunlaşır. Yaşadığı kənd erməni quldurlarının yaşadığı Başkənd ilə qonşu idi. Burada da ermənilərin dinc dayanmayacığını hiss edən Kamal öz həmyaşıdları ilə birlikdə kəndin müdafiəsinə qalxırlar. Sonra vətən müdafiəsində dayandıqlarını qanuniləşdirmək üçün bir neçə yoldaşı ilə birlikdə Bakıya gəlib Xüsusi Təyinatlı Polis Dəstəsinə (XTPD-nə) könüllü yazılırlar. 15 aprel 1992-ci ildən DIN XTPD-nın tərkibində Gədəbəy rayonu ərazi bütövlüyü və sərhəd zonasında yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunurlar.
DIN-nin tərkibində vətənin müdafiəsinə qalxan bu gənclər bütün sərhədboyu Vətənin müdafiəsində dayanırlar. Kamal Adil oğlu Cabbarov 1992-ci ilin avqust ayının 30-da Gədəbəy rayonunun "Hörükdaş" yüksəkliyi uğrunda gedən döyüşlərdə Şəhid olmuş və Gədəbəydə Şəhidlər xiyabanında ilk dəfn olunan Azərbaycan qəhrəman övladıdır.
Gədəbəy rayon polis şöbəsi əməkdaşlarının 4 noyabr 1992-ci il itarixdə ümumi yığıncağı keçrilmişdir. Yığıncaqda 129 nəfər əməkdaş iştirak etmişdir.
Xüsusi təyinatlı polis dəstəsinin sabiq əməkdaşı , polis kiçik serjantı Cabbarov Kamal Adil oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilməsi barədə məsələ müzakirə edilmişdir.
Yığıncaq bu barədə yekdilliklə qərar qəbul etmişdir. Kamal Cabbarovun igidlik və cəsurluq göstərdiyi nəzərə alan Gədəbəy rayon icra hakimiyyətinin başçısı 16 noyabr 1992-ci il tarixli 683 saylı məktubla Azərbaycan Respublikası Prezidentinin aparatına (təltif şöbəsinə) müraciət etmişdir.
Məktubda xahiş olunur ki , xüsusi təynatlı polis dəstəsinin sabiq əməkdaşı , polis serjantı Cabbarov Kamal Adil oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilsin.
Çox təəssüflər olsun ki, hələ də Kamal Cabbarov öz layiq olduğu ada sahib olmamışdır.
Şəhidlərimizin adlarının əbədiləşdirilməsi gələcək nəsillərimizə bir örnək olar.
Allah bütün Şəhidlərə rəhmət eləsin. Amin!
http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc (#bare_url_missing_title).