Kamal Həsənov

Həsənov Kamal Nəsrulla oğlu (1925, Bakı) — Azərbaycan sənətşünası və baletmeysteri, sənətşünaslıq namizədi, Azərbaycanın əməkdar mədəniyyət işçisi.

KAMAL HƏSƏNOV
Doğum tarixi 1925
Doğum yeri
Fəaliyyəti sənətşünas

Kamal Həsənov 1925-ci ildə Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub. 1943-cü ildə Bakı Neft Texnikumuna daxil olaraq 1948-ci ildə neft konstruktoru ixtisasını bitirib.

Həmçinin 1944–1950-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb (ritmika). 1946–1966-cı illərdə Azərbaycan Dövlət Lenin ordenli M. F. Axundov adına Opera və Balet Teatrında balet artisti işləyib.

Repertuarda olan klassik və Azərbaycan baletlərində bir sıra partiyaları ifa etmişdir. İşlədiyi dövrdə, yəni 1948–1952-ci illərdə -Xoreoqrafiya məktəbində oxumuşdur. 1966-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Teatr (Mədəniyyət və İncəsənət Universiteti) İnstitutuna müəllim vəzifəsinə qəbul edilmiş,1969-cu ildə baş müəllim təyin edilmişdir. 1974-cü ildə "Azərbaycanın xalq rəqsləri" adlı dissertasiya müdafiə etmiş, sənətşunaslıq namizədi elmi dərəcə almışdır.

16 iyun 1976-cı ildə 230/27№ protokola əsasən səhnə hərəkəti üzrə Dosent vəzifəsinə kecirilmişdir. 16 may 1984-cü ildən 25 aprel 1986-cı ilə qədər həmən kafedranın müdiri işləmişdir. 30 aprel 1986-cı ildən professor idi.

Azərbaycan və dünya rəqslərinə dair bir çox monaqrafiya və kitabların müəllifidir.

5 oktyabr 1994-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Baş baletmeyster işləmişdir. İşlədiyi müddətdə bir cox tamaşalara rəqs qurmuşdur. "Silva", "Həftə sonu xoş istirahət", "Bir dəfə Bağdada", "Qızıl toy", "Hərənin öz ulduzu", "Özümüz bilərik", "Qızıl gül" və s.

Fəaliyyətinə və xidmətlərinə görə 1977-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət işçisi" fəxri adına layiq görülüb.[1]

  • "Qədim Azərbaycan xalq rəqsləri" /K. Həsənov; red. H. Hüseynov; rəyçi. L. Vəkilova Buraxılış məlumatları, Bakı: İşıq, 1983. Fiziki xüsusiyyətləri 60 s., şək., fotoşək., portr. ; 21 sm.
  • "Azərbaycan qədim folklor rəqsləri" /K. Həsənov; rəyçilər. Q. Qasımov, N. Nəzirova; [red. S. İsmayılova; rəs. S. Ağayeva]

Buraxılış məlumatları, Bakı: İşıq, 1988. Fiziki xüsusiyyətləri 127, [5] s., şək., fotoşək., not. ; 20 sm.

  • Ziyafət rəqsləri: XIX-əsrin axırları XX-əsrin əvvəlləi: rəqs fənninə dair metodik göstərişlər; /Azərb. SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi. Ali Təhsil üzrə tədris-metodika kabineti, M. A. Əliyev ad. Azərb. Dövlət İncəsənət İn-tu; tərt. ed. R. N. Həsənova; rəy verənlər. K. Həsənov, X. Haşımova; red. H. B. Hüseynov Buraxılış məlumatları Bakı : [s.n.], 1988. Fiziki xüsusiyyətləri 38, [1] s. ; 20 sm.
  • Qədim Azərbaycan xalq rəqsləri /K. Həsənov ; xüsusi red. H. Hüseynov, Buraxılış məlumatları Bakı : İşıq, 1983. Fiziki xüsusiyyətləri 59, [1] s., şək., fotoşək. ; 21 sm.
  • Azərbaycan folklor rəqsləri metodik göstəriş /AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, Ali Təhsil Üzrə Tədris-Metodika Kabineti ; M. A. Əliyev adına Azərb. Dövlət İncəsənət İn-tu ; tərt. ed. K. N. Həsənov ; red. F. Ə. Sultanov Buraxılış məlumatları Bakı : [s.n.], 1986. Fiziki xüsusiyyətləri 70 s. ; 20 sm.
  • Musiqi təlimi: proqram və metodik göstərişlər /AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, M. A. Əliyev ad. Azərb. Dövlət İncəsənət İn-tu ; tərt. ed. K. N. Həsənov, Buraxılış məlumatları. Bakı : [s.n.], 1986. Fiziki xüsusiyyətləri 33, [1] s. ; 20 sm.
  1. Yollar görüşəndə… (film, 1979)
  2. Yük (film, 1995)