Kamal Məmmədov (tam adı: Kamal Seyidqurban oğlu Məmmədov; 13 dekabr 1955, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Kamal Məmmədov | |
---|---|
Kamal Seyidqurban oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Maştağa Seyidlər qəbiristanlığı |
Vətəndaşlığı | SSRİ |
Atası | Seyidqurban |
Anası | Rəqibə |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Anbardar |
1955-ci il 13 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. 8-ci sinfi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olmuş, lakin əsgər gedib qayıtdıqdan sonra ailə vəziyyəti ilə əlaqədar təhsilini davam edə bilməmişdir.[2]Bir müddət fəhlə kimi işlədikdən sonra ticarət texnikumunu bitirmiş, daha sonra isə Sabunçuda mətbəx fabrikində əvvəlcə satıcı, daha sonra isə anbardar kimi çalışmışdır.
Həmin gecə Sabunçudan Suraxanı benzindoldurma məntəqəsinə gedərkən Suraxanı qəsəbəsi yaxınlığında əsgərlər tərəfindən atəşə tutulmuşdur. Mərhumun bədənində çoxsaylı güllə yarası olmuş, kəskin qanitirmədən vəfat etmişdir.[3][1]
Ölümündən altı gün sonra atası Seyidqurban Məmmədov da vəfat etmişdir. Ata və oğul Maştağa qəsəbəsində, Seyidlər qəbiristanlığında dəfn edilmişdir.