Kamal Yaşar

Kamal Məmmədov və ya Kamal Yaşar (2 avqust 1984, Kirovabad) – rejissor, aktyor, səs rejissoru, dublyajçı.

Kamal Yaşar
Doğum tarixi 2 avqust 1984(1984-08-02) (40 yaş)
Doğum yeri
Fəaliyyəti aktyor, kino aktyoru, kinorejissor, səsləndirmə aktyoru[d]
Təhsili

Kamal Yaşar 2 avqust 1984-cü ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə bakalavrmagistr təhsili alıb. Bakı Film İnstitutunun ilk məzunlarındandır. 2011–2017-ci illərdə Region TV-nin Mədəniyyət departamentində, 2015–2016-cı illərdə ANS TV-nin dublyaj redaksiyasında çalışıb. 2017-ci ildən tvseans.com kino platformasının dublyaj redaksiyasıyla əməkdaşlıq edir.

Dövri mətbuatda davamlı olaraq yazıları dərc olunur. Film və teatr tamaşaları haqqında çoxsaylı resenziyaların müəllifidir. 2017-ci ildə VII Avropa Filmləri Festivalı Kinoresenziya Müsabiqəsinin qalibi və ali mükafatçı kimi 67-ci Berlin Film Festivalında iştirak edib. Əcnəbi kino mütəxəssislərinin ustad dərslərində prodüserlik kursları (Zeyneb Özbatur Atakan) və ssenari təlimlərinin (Pol Freyzer) iştirakçısı olub.

2018-ci ildən etibarən "Audiokitab" layihəsinin heyət üzvüdür. Layihə çərçivəsində yerli müəlliflərdən və dünya ədəbiyyatından bir çox yazıçıların romanlarını səsləndirib. Layihə, hazırda da mobil tətbiq kimi "Audiokitab MMC" olaraq fəaliyyət göstərir. "Dönüş" adlı buktreylerin ssenari müəllifi və rejissorudur.

2018-ci ildə mövsüm boyunca sifariş əsasında bir televiziya kanalı üçün uşaq verilişi istehsal edib və rəhbərlik etdiyi həmin layihədə də quruluşçu rejissor kimi çalışıb.

2019-cu ildə Antenn FM radiosunda "Canlı kitab" sosial layihəsini təsis edib. Layihədə müəllif və aparıcı kimi fəaliyyət göstərib. Layihə çərçivəsində həftəiçi beş gün radioefirdə canlı olaraq yerli və dünya xalqları ədəbiyyatından çoxsaylı hekayələr səsləndirib və həftəsonları efirində ədəbiyyat mütəxəssisi olan qonaqlarla canlı müzakirələr aparıb.

2019-cu ildən etibarən "WOW School+" tədris mərkəzində Nitq/Diksiya müəllimi kimi fəaliyyət göstərir.

2020-ci ildə Mədəniyyət kanalında müəllif və aparıcı kimi "Kinokitab" layihəsinə start verib.

Hazırda televiziya, teatr, kino, reklam layihələrində fəaliyyətini davam etdirir. Aktyor və rejissor olaraq dublyaj və mətn səsləndirməsi fəaliyyəti ilə məşğuldur.